Atama yalan deməli oldum, dedim ki, dostum Bahar həmişə belə zarafatlar eləyir. O isə heç nə demədən otağımdan çıxdı. İndi oturub yazılmış vərəqə baxıram. Xətt də tanış gəlmir. Bəlkə kimsə zarafat edirsə, əgər tapsam o insanı özüm verəcəm cəzasını. Bu gün atam anam və məni də götürüb qardaşlarımın qəbiri üstünə, ziyarətə getmək istəyir. Anam da bu günü gözləyirdi. Məndə hazırlaşıb, tutuquşuma yem verib, anamgilin yanına mətbəxə getdim. Bu arada tutuquşuma ad qoymaq lazımdır. Görəsən nə qoyum? Çox uzundu öz adı.
Hazırlaşıb evdən çıxdıq. Ziyarətə gəldik, anam göz yaşlarını saxlaya bilmədi. Sonunda atam sakitləşdirdi. Ziyarətdən sonra xalamgilə getdik. Xalam uşaqları məndən balaca idilər. Bir az onlarla oynadım, bir az da xalamla dərdləşdikdən sonra evə qayıtdıq. Yorulmuşdum. Günün çox hissəsini gəzmişdik. Maraqlı olmuşdu. Axşam çantamı hazır qoydum. Sabah gəzintiyə gedəcəyik. Görəsən o biri qruplardan kim var? Nəisə çox düşünmədən yatdım. Səhər çik çik səslə oyandım. Telefonum idi. Bahar mesaj yazmışdı. "Hardasan, gəlmirsən?"
Cəld saata baxdım. Artıq getmək üçün hazır olublar, amma mən hələ hazır deyiləm. Tez hazırlaşdım. Kinolarda deyilən kimi. Vampir sürəti ilə. Çantamı yaxşı ki, axşamdan hazır qoymuşdum. İçində lazımlı şeylər var idi. Çantamı da alıb, valideynlərimlə sağollaşıb, evdən çıxdım. Qrup uşaqları Fidangilin evində görüşəcək idilər. Fidan qrup yoldaşımdı. Yaxşı qızdı. Şən, gülərüzdü. Onlara qaça-qaça gəlib çatanda özümü saxlaya bilmədim. Qarşımdakını görmədən dəydim. O da məni əli ilə saxladı. Demək olar ki, yolun çox hissəsini qaçdığım üçün təngənəfəs olmuşdum. Və onu özümdən asılı olmadan qucaqladım. Başım fırlanıb yerə yıxılacaqdım ki, məni qaldırdı. Üzünə baxmadan çox saol dedim. ətrafımızdakılar da bizə baxıb gülürdülər. Ondan ayrılıb kənarda daşın üstündə oturdum. Ona baxmaq istəyəndə isə dedi.
"Birdə gecikmə, sonra cəzasını mən çəkirəm."
Təsadüflərə nifrət etməyə başlamışam son zamanlar.
Asya"Bilə-bilə dəymədim, hər halda! Həm sən özün gördün nə qədər yolu sizə çatmaq üçün qaçmışam." Hamıya qarşı belə danışmıram. Yəni kim mənə necə rəftar edir, məndə elə rəftar edirəm.
Elgün"İstəmirdin gecikəsən, dünən az gəzərdin"
Asya"Nə? Sən hardan bilirsən?" Şübhəli olmağa başlayıb artıq.
Elgün" Yox, hər halda deyirəm."
Bahar"Söhbətinizi qurtardızsa, gedək istəyirsiz" Hamı bizə qulaq asırdı.
Hər kəs gəzinti maşınına toplaşdı. Bahar Muradın yanına oturdu. Rəna tək oturmuşdu. İstədim yanına gedim Orxan "mən yerimdi" deyib cəld oturdu. Fidan başqa qızla onun yanına da Alı gəldi. Mən tək qaldım. Hər kəs oturmağa adam tapdı. Hamı oturandan sonra "mən qaldım" deyən səs eşitdim. Yanımda heç kim oturmayacaq deyə səsimi çıxardım "Bura boşdur." Yanıma gələn adama baxanda keçən dəfə toqquşduğum oğlanın olduğunu gördüm. Salam deyərək, yanımda oturdu. Həqiqətən də maniken kimi oğlan idi. Mən yalan danışmağı sevmirəm, düzünü deyirəm.
"Adım Nurlandı"
Asya"Şad oldum"
Nurlan"Bəs sən adını deməyəcəksən?"
"Mən də Elgün" gələn səsə baxdım. Yanımda əslində iki boş oturacaq var idi. Birinə Nurlan oturmuşdu. Digərinə isə Elgün oturdu.
Nurlan"Bəs sənin adın nədi?"
Ağzımı açmağa imkan verməmiş Elgün" Onun adı da Asyadı."
Nurlan" Səninlə danışmıram."
YOU ARE READING
Nəfəsim
ChickLitElgün ve Asyanın hekayesi Ümidin nefes qeder lazımlı olduğuna inanırsız? en azından yeniden yaşamağa cehd etmek üçün... Oxuyub, fikir yazmadan keçmeyin ;)) 02.06.2015.