Yox yoxda..

338 29 4
                                    

Medyada Asya

Ondan üzr istəmək fikri ağıllı gəlsə də üzr istəməyə çəkinirdi. Gecə olmuşdu. Yerinə uzanmaq fikirlərini uzaq tutub yatmaq istəyirdi. Yağış yağırdı və o yata bilmirdi. Külək bu gündə möhkəm əsirdi. Nə olmuşdu iki gün ərzində? Yorğanını başına çəkib yuxuya dalmaq istədi. Bir səs onu yatmamağa çağırdı. Tez tez eşidərdi bu səsi. Hər gün ağlayaraq oyanardı gecələri. Səbəbi gördüyü qorxulu yuxular idi. Yuxuların səbəbi isə böyüməyə zaman tapmayan qardaşlarının ölümü idi. Qardaşlarını yol qəzasında itirmişdi. Özünü günahkar hiss edirdi. əgər atasına rəğmən ön oturacaqda oturmağa icazə verməsəydi, qəza zamanında onıar ölməzdilər. Onların səsi hər dəfə  otağını bürüyürdü. Hər nə qədər yatmaq istəməsə də məcbur idi. Buna görə o hissiyatsızlaşmışdı.

Yata bilmədiyini görən Asya su içmək üçün mətbəxə gedir. Mətbəxin işığını yandırmamış ağlamaq səsi eşidir. İşığı yandırır və anasını görür. Yanına gedib, anasını qucaqlayır.

Asya"Ana, yaxşı, qurban olum ağlama"

Sara"axı necə ağlamayım, çox darıxmışam.çox.çox" anasının göz yaşlarına dözə bilmirdi. əli ilə anasının göz yaşlarını silən Asya onu oturduğu stolun yanından qaldırıb, öz otağına apardı. "Ana, bu gün mənimlə yata bilərsən?"deyə bilmişdi. Çünki özü də əzab çəkirdi. Anası gülümsəyib qızını yanına uzandı. Səhər oyananda yanında anası yox idi. Təlaşlanıb səsləndi. Səsini eşidib ağlına gələn fikirin olmadığını bilib rahat nəfəs aldı. Geyimini dəyişib mətbəxə getdi. Beynində ki, sualı cəld şəkildə anasına verdi. "Ana, birinə qarşı kobudluq eləmişəm, mütləq ondan üzr istəməliyəm?"gülümsündü. "əgər önəm verdiyindisə üzr istə, əgər elə deyilsə boş ver." şirin şübhəli baxışlarla baxdı qızına. Nədənsə elə bil bu gün Asya çox gözəl görünürdü. Asya çox saol deyib anasını qucaqlayıb, yanağından öpüb, evdən çıxdı. Universitetə çatanda həyəcanla pilləkənləri çıxmağa başladı. Bu gün hər halda onu görər deyə düşünərkən sərt nəyəsə dəydiyini hiss edib, başını aşağı saldığı kimi də qaldırdı. Bu o idi. O. Elgün.

Asya" Bağışla, dünən sənə kobudluq elədim."

Elgün" Nə olmuşdu ki, dünən?"

Asya" Sənə kobud kimi davrandım və mən II kurs tələbəsiyəm."

Elgün" Bilirəm"

Asya" Nə? Bilirsənsə məndən niyə soruşursan?"bu suala Elgün gülümsədi.

Elgün" Səni yoxlayırdım."

Asya" Məni yoxlayırdın? Sən?Məni?" Xeyli əsəbləşmişdi. Bu dəqiqə çantasını onun başına vurmaq istəsə də vurmadı.

Elgün"Deyirəm özünü xəyallar aləminə atma!"

Asya"Sən nə deyirsən? Axmaqsan?"

Elgün" Sən anladın." Bic bic gülərək öz sinifinə getmək üçün Asyadan uzaqlaşan zaman Asya Elgünün qarşısına keçib

Asya"Nə xəyallara atma deyirsən. Sənin nəyinə mənim xəyallara atılmağımdan? Başına nəisə dəyib sənin? Yox dəyməyib, düşüb."

Elgün"Sən həmişə hamı ilə belə danışırsan?"

Asya"Sual vermə. Cavab ver" Asya hirslənmişdi.

Elgün"Yəni bilirsən"əlini saçına keçirərək, havalı duruşu ilə davam elədi" burdakı qızların ürəyi gedir mənim üçün. Deyirəm, fikirləşmə də. Sonra xəyalların suya düşər. Üzülərsən."

Asya"Sən nə qədər özündən razısan. Səni düşünən kimdi? Çox axmaqsan"

Elgün"Kobudsan" deyib yanından getdi.

Asya hirslənib, öz siniflərinə getdi. Düşüncələrdən ayrılıb dərsə girmişdi. Dərs bitən kimi onun yanına gedib kobud olmadığını demək  istəyirdi. Zəng vurulmuşdu. Çantasını çiyninə atıb sinifdən çıxdı. Koridorlarda görməyib, həyətdə olacağını düşünüb, həyəti axtardı. Yorulub, evə getmək istədi. Düşündü ki, sabah görəndə desin. Evləri çox uzaq idi. Ona görə marşuruta minib gedəcəkdi. Dayanacaqda bir az gözlədikdə, yanında biri dayandı. Üzünə baxmadı. Axı niyə baxsın. Birdən danışdı. Səsin tanış olduğunu görüb üzünü ona çevirdi.

Elgün"Elə bildim yorulmayacaqsan."

Asya" Məni güdürdün?"

Elgün" Hə."

Asya" Soruşmaq ayıb olmasın. Dəlixanadan qaçmamısan?"Elgün ona baxmadan danışırdı. Asya isə əksinə ona baxırdı cavab gözləyirmişcəsinə.

Elgün" Yox."

Asya" Yox yoxda."Asya sözünü bitirib marşurutun gec gələciyini görüb özü getmək istədi. Elgün də onun arxasınca. İçində sözləri ona demək istəsə də bacarmırdı.

Elgün" Elə bildim mənə nəisə sözün var." Şans bu şans deyib danışmağa başladı.

Asya" Hə var"

Elgün" De" səbirsiz şəkildə cavab verdi.

Asya" Məni niyə yoxlayırdın? Nə dərəcə də önəmli idi? Birdə sən kimsən məni yoxlayırsan?"

Elgün"Bitdi?"

Asya"Sualları mən verirəm."

Elgün" Mənə maraqlı gələn insanlarla maraqlanıram. Önəmlilərlə də.."     Asya Elgünün sözünü kəsib, "Yaxşı neyniyim ki, mən maraqlı gəlmişəm sənə. Birdə mən KOBUD deyiləm. " sözünün içərisində vergül,nida unudan Asya nəfəs alıb təkrar danışacaqdı ki,,,,,,,,

Elgün" Deyilsən?"

Asya"Deyiləm"

Elgün"Sübut"

Asya Elgünün belə danışdığını görüb üstünə qışqıraraq"Sən kimsən axı məndən sübut istəyrsən. İstədiyim kimi danışaram. Səninlə şirin şirn danışmalı deyiləm ki, qorx ki, sən məni düşünməyəsən."

Elgün təəccüblənərək bu dəfə Asyanın gözlərinin içinə baxdı. Ondan sərt cavab gözləmirdi. Diqqət etdiyi bir şey vardı. Asyanın göz yaşları. əlini qaldırıb, silmək istəsə də silmədi. Onu dayanacaqda tək qoyaraq harasa getdi.

Sizcə Elgün üzr istəməli idi. Axı qızı ağlatmışdı. Siz necə düşünürsüz əslində Elgün kobuddu?

NəfəsimWhere stories live. Discover now