Səncə kimsə sənin gülüşünü düşünərkən yuxusuz qalıb ? Mən bu ehtimalı özümə yaxın belə buraxa bilmirəm. Gülüşüm heç gözəl deyil çünki )) Niyəsə qədər hər zaman "onların" tərəfində olur. Onlar gözəl baxır , onlar gözəl gülür , onlar gözəl danışır və bizim payımıza düşən ancaq kənardan dayanıb baxmaq sonra da axmaq kimi aşiq olmaq olur. Bizə verilən rol da bundan ibarətdir.. Başqa bir ssenaridə baş rol olmaq bizə xoş gəlmir.. Biz razıyıq epizodik rol olmağa və öyrəşmişik incidilməyə.. Nə ? Yara ? Hah.. bunlar sadəcə sıyırıqdır , fikir vermə , keçib gedər.. kimsə əlində sarğı ilə sənin qarşında dayanıb yaralarının sağalmasına kömək etmək istəyəndə hətta ona hirslənməyə belə hünərin çatır.. " görmürsən ki , əzab çəkirəm ??? Nə həddlə kömək etmək istəyirsən ?!" deməkdən çəkinmirik.. qırağa itələyib keçirik yanından həyatınıza göndərilən qanadsız mələklərin.. Vəziyyətimiz ağırdır , cənablar.. Qurbanlar cəlladına aşiq olarmış deyirlər.. bizimki də o hesabdan..
Nə deyim vallah , bilmirəm..
Güldülər , evimiz yıxıldı..
YOU ARE READING
Qaralamalar
Randombu bir hekayə deyil.. ara sıra gözlərinizə qonaq gələcək cızma qaralardır..qonaqları qəlbinizə qəbul etmək isə..bunu artıq yazılar ilə öz aramızda həll edin :)