Oxucularla müsahibə: 2-ci hissə

584 17 1
                                    



- Həyatda ən çox nəyə, kimə güvənirsən?
- Var olan hər şey dəyişkəndir. Bu səbəblə "güvən" mənə görə sadəcə sözdən ibarətdir.
- Həyatında olan sevinc, kədər və ya uğurlara görə kimə və ya nəyə borclusan ?
- İnsan dünyaya sonu gəlməyən təcrübələrdən keçmək üçün gəlir. Bu təcrübələrin nəticələri isə insanların sinifləndirdiyi təbəqələrdə müxtəlif adlar alır. Sevinc də,kədər də, uğur da nisbidir. Sizin gözünüzdə uğur olaraq görünən şey bəlkə də mənim kədərimdir. Ona görə ortada borclu olunacaq bir məsələ görmürəm.
- Səncə insan nədən qorxmalıdır ?
- Sorğulamadan yaşamaqdan
- Yazdığın kitablardaki hansı obraz sənə ən yaxındır ?
- Sara – Oynadığımız son oyun
- Sizcə hər kəs kitab yaza bilər ?
- Bir adam günlərin birində bir bilgənin yanına gəlir. Bilgə o qədər ağıllı və etiqatlı imiş ki, hər şeyi görə bilirmiş. Adam əlinə bir alma alıb soruşur : Əgər sən həqiqətən hər şeyi bilirsənsə sualıma cavab ver. Səncə bu alma mənim qismətimdir ya yox ? Bilgə cavabında deyir ki : Əgər almanı yesən hə, yeməsən yox. Teoriyada hər şey, amma hər şey öz əlimizdə və ixtiyarımızdadır. Nəticələr çoxşaxəlidir, hə. Ancaq icra hissəsini hər kəs edə bilər.
- Necə olur ki, duyğu insana əzab verə bilir ?
- Heç bir duyğunun insan iradəsindən güclü olduğunu düşünmürəm. Ümumiyyətlə insanın maraq dairələri və düşüncə tərzi ( biliyi, dünya görüşü ) nə qədər çox və elastik olursa, həmin insanın baş vermiş hansısa duyğusal çöküntüyə olan dözümlülüyü artır. M. Planck'ın gözəl bir sözü var: Cisimlərə baxış tərzinizi dəyişsəniz, baxdığınız şeylər də dəyişməyə başlayar.
- Dünyanı bu qədər maraqlı edən nədir ? Bir çox insan müəyyən zamanlarda yaşama olan marağını itirir ancaq yenə də dünyadan getmək istəmir. Buna səbəb nədir ?
- Ümumiyyətlə təbiət, sənət və ümumi kainatı birləşdirən ortaq nöqtə heç vaxt dəyişmir : dərinlərində gizlədikləri bilinməzlik. Elmdə, dində, təcrübədə.. Nədə olursa olsun hər zaman 99 suala cavab var ancaq sonuncu sualın cavabı hər zaman itgindir. Bu isə o cavabı dəyərə mindirir və tapana qədər əl çəkmək istəmirsən.
- İnsan olmağın ən ağır tərəfi nədir ?
- Ağır..? Bilmirəm, bəlkə də özəyində olan mükəmməlliyə çatmaq istəyi. Bu yolda aparılan mübarizə və mübarizə zamanı fəda edilən mənəviyyat, qurban verilən saflıq. Elmdə belə bir fikir var : bir nəsnənin qüsurları azaldıqca aldığı dad da, hiss etdiyi ağrı da artar.
- Sənə görə ən böyük haqsızlıq nədir ?
- Doya-doya yaşadığın, minbir təcrübə qazandığın, həyatı yeni-yeni qavramağa başladığın halda köhnəlmək – qocalmaq.
- Ən çox örnək aldığın insan, varlıq və ya xüsusiyyət?
- Tanrının səssizliyi
- Bir insan niyə pislik edər ?
- Mm.. Buna görə gərək insan beyninin necə işlədiyini biləsən. Məsələn, beynində şiş əmələ gələn biri öz qızına ( 7-8 yaşlı ) təcavüz etmişdi. Adamın beynində şiş olduğu sonradan bilinmiş və əməliyyatla götürülmüşdü. Adam özünə gələndən sonra olanlardan xəbər tutub dəhşətə gəlmişdi. Yəni, beynimiz çox dəyişkən və təhlükəlidir. Bəzən dahi bəzən primitivdir. Əksər psixi pozğunluq genetikdir, məsələn. Həbsxanalarda olan insanların 80% inin genetikasında psixi pozğunluq semptomları tapılmışdı. Əslində bu mövzunu çox uzatmaq olar ancaq qısaca hər kəsə "David Eagleman – The Brain" kitabını oxumağı tövsiyyə edirəm.
- Bir gün bu qədər məşhur olacağınızı düşünürdünüz ?
- Mən məşhur olduğumu düşünmürəm )))
- Sizcə Allahın bizə demək istədiyi şey nədir ?
- "Conversations With God" adlı filmdə çox gözəl bir dialoq var : "- Sizcə əgər tanrı bizə bir söz demək istəsə və bu tək bir cümlə olsa bu nə olardı ? + Hamınız məni yanlış anladınız "
- Səncə dünyanın ən gözəl ölkəsi ?
- Hər ölkənin səhərləri eynidir, gecələri fərqli.
- Səni çox incidən insanları bağışlaya bilirsən ? Nə vaxt bağışlamısan ?
- Bağışlayıram. Yaxın günlərdə ))
- İnternetin ən böyük xeyri və ziyanı ?
- Ən böyük xeyri pulsuz kitabxanalarıdır. Ziyan – bu mübahisəlidir, əslində. Məsələn insan psixologiyasını eninə-boyuna analiz etmək üçün internet-xüsusilə sosail şəbəkələr əla vasitədir məncə. İnsanların "görünməz" olma şansını əldə etdikləri yeganə yerdə birdən birə necə öz təbii hallarına qayıtdıqlarını, içlərindəki heyvani instinktlərə necə boyun əydikləri açıq-aşkar görünür. Bundan əlavə kompleksləri çoxaldır internet. Mükəmməl olmaq o qədər vacibləşdi ki, son illərdə artıq heç kəs programsız şəkil şəkdirmir, makiyajsız küçəyə çıxmır, Sanki hər kəs çox,çox gözəl olmalı, anadan doğulduğu gündən etibarən superzəka olmalıdır. Bir-birimizi o qədər sıxışdırdıq ki, artıq iki dost belə bilmədiyi bir mövzunu bir-birindən soruşmağa utanır. Ağılsız, axmaq görünməkdən qorxur. Artıq dinləməkdən belə bezmişik. Bir şey xoşumuza gəlmirsə bir " əngəlləmə " ilə işi bitiririk. İnsanların söz azadlığını bar-bar bağırıq amma ekran qarşısına keçəndə onların danışma haqlarını əllərindən alırıq. Bilmirəm, qəribə vəziyyətdir ))
- Biri sizlə haqsız yerə " söz davası etsə ", həddini aşan sözlər desə və ya təhqir etsə bununla necə mübarizə apararsınız ?
- Qarşıma çıxan hər insanın aynada gördüyüm əksim olduğunu düşünürəm. Onu diqqətlə dinləyirəm, "özümü" saldığım hala baxıram və deyirəm : yox, bu hal mənə yaraşmır, belə çox çirkin və insanlıqdan uzağam. Və aynadan uzaqlaşıram ))
- Bir insan həqiqətən başqa bir insanı sevə bilərmi ?
- Bu suala Z.Freyd nəzəriyyəsiylə başqa, Dante zəkasıyla bir başqa, dini kitablara əsasən tamam başqa, anatomiya kitabıyla tamam-tamam başqa cavablar vermək olar. Şübhəliyəm açığı ))
- O məşhur sualı bir də siz cavablayın: Neçə yaşınızda olduğunuzu bilməsəz neçə yaşında olardınız ?
- Kainatla müqayisədə planetimiz 11 saniyədir mövcuddursa...yəqin hələ bir yaşıma girməzdim ))
- Səni ən çox motivasiya edən musiqi ?
- "Rammstein" in bütün mahnıları. "Sonne", "Links", "İch Will", "Halt" və.s  

QaralamalarWhere stories live. Discover now