dünən gizlincə keçdim yaşadığınız küçədən..
otağının işıqları sönülü, möhkəmcə bağlanmışdı pəncərələr..
düşündüm, baxırdınmı yenə gizləndiyin pərdələrin arxasından,
artıq yaşamamış olsanız da o köhnə evdə..
yox idin, bütün gecəyə hopmuşdu ətrin,
və mən əlimdə telefon, dəfələrlə yığıb sildim rəqəmləri..
harda idin, kimlə idin nə fərqi ?
bu kimsəsiz küçələrdə üşüyərkən tək bədənim, sənin ovuclarında isinirdi xoşbəxt birinin əlləri..
YOU ARE READING
Qaralamalar
Randombu bir hekayə deyil.. ara sıra gözlərinizə qonaq gələcək cızma qaralardır..qonaqları qəlbinizə qəbul etmək isə..bunu artıq yazılar ilə öz aramızda həll edin :)