Qısqandığım şey bədənin deyildi əslində. Birinin sənə toxunması və ya saçlarını oxşaması deyildi. Hətta səni öpməs..yox bunu çıxaq.buna güzəştə gedə bilməzdim.
Amma mən ən çox sənin sevgini qısqanırdım. Ən çox bu incidirdi hər zaman. Ehtimalı belə qorxudurdu məni.
O qədər gözəl sevirdin ki.. Sən sevərkən o qədər gözəl dinləyirdin ki , səssizliyi.. o qədər gözəl baxırdın ki , bir insanın qəlbinə , ən yüksək təpədən..
hər şeyi o qədər dəqiq görə bilirdin ki.. ən dibə qədər..
Mən əslində sənin söhbətini qısqanırdım.
Yalan yoxdu , söhbətlərin doyumsuz idi.
səninlə hər şeyi danışmaq olurdu çəkinmədən.
Qınamazdın ki sən.. Günahkar bilməzdin ki.. Gülüşünü qısqanırdım əslində.
Sobasız evimi isidən isti gülümsəməni.
Ağlamağını qısqanırdım əslində biraz ..
Dodağını büzməyini , çənənin titrəməsini və niyə ağladığını soruşanda çiyinlərini qaldırıb qaşlarını çatmağını.
Mən..
Mən əslində bədənini qısqanırdım ən çox..Yaxşı , təslim oluram , yalan dedim.. hər zərrəni qısqanırdım.
Barmaqlarını , barmaq buğumlarını , bəlkə biraz qoxunu.
Sol əlinlə yazmağını ,
Qıza xas olmayan tərzdə ağır ağır , əlləri cibində , rahat rahat yeriməyini..
Mən bəlkə biraz səni , daha çox özümü qısqanırdım..
Sənə sahib olmaq qısqanılmayacaq şey deyil ki..
YOU ARE READING
Qaralamalar
Randombu bir hekayə deyil.. ara sıra gözlərinizə qonaq gələcək cızma qaralardır..qonaqları qəlbinizə qəbul etmək isə..bunu artıq yazılar ilə öz aramızda həll edin :)