Bu gün yenə gün çıxıb. Parka gedirəm. Bir görüşüm yoxdu düzü heç niyə getdiyimi də bilmirəm. Anam evə qayıdanda çörək almağımı tapşırıb , yadıma salarsan. Park evimizin yaxınlığındadı. Köhnə məktəbimlə üzbəüz. Park yenə uşaqla dolub. Biri yelləncəkdə yellənir. Anasına arxayındı. " daha möhkəm " deyib qışqırır gülə - gülə. Skamyalar doludu. Günlərdən bazar. Biri var yanımda. Orta yaşlı bir xaladı. Yanında da qızı oturub. Kiminsə nişan şəklinə baxırlar. Xala " xoşbəxt olsun " deyir. Qızın gözü dolub , bilmirəm niyə.. Parkın ortasında bir kişiylə qadın dayanıb. Ortalarında balaca bir oğlan uşağı. Oğlan yerində dura bilmir. Yellənmək, sürüşmək, qaçmaq istəyir. Atası qulağına əyilib deyir : aparata bax , indi ordan quş çıxacaq. Uşaq donub qalır. Quş? Əmi onu harada saxlayır? Qara qutunun içindədi? Həqiqətən çıxıb uçacaq?
Klik.
Şəkil çəkilir. Ortada quş filan yoxdu.
Uşaq illər sonra o şəkilə baxarkən bərəlmiş gözlərinə və aralı qalmış dodaqlarına baxanda bu günü xatırlayıb , həsrətlə gözləyən o balaca oğlana gülümsəyəcək.. Mənim indi öz məktəbimin divarlarına baxıb o həyətdə səni saatlarla gözləyən oğlanın xəyalına gülümsədiyim kimi..
YOU ARE READING
Qaralamalar
Randombu bir hekayə deyil.. ara sıra gözlərinizə qonaq gələcək cızma qaralardır..qonaqları qəlbinizə qəbul etmək isə..bunu artıq yazılar ilə öz aramızda həll edin :)