Valideynlərimə baxarkən düşünürəm hərdən; görəsən onlar öz valideynlərinə ehtiyac duyduqları zaman nə edirlər? Necə gizlədirlər içlərindəki balaca uşağı..necə silirlər o uşağın göz yaşlarını? Biz onları incitdiyimiz zaman, sözlərini dinləmədiyimiz zaman nə edirlər? Gecə başlarını yastığa qoyduqları zaman "ana, ata mən indi nə etməliyəm?kaş yanımda olardınız" deyirlər yəqin..içimə elə bir peşmanlıq çökür ki ,tərifi yoxdu..anam da atam da öz valideynlərini itiriblər..indi hərdən onlardan birinin bir gün olmayacağını düşünəndə dəliyə dönürəm..amma onlar uzun zamandır belədilər..gözümün önündə iki yetim uşaq var sanki..və mən onların tutunduğu səbəbəm..mən onlara göndərilmiş payam..bəli mən önəmliyəm..sən də önəmlisən..çünki onlar üçün başqası yox sırf biz seçilmişik..
YOU ARE READING
Qaralamalar
Randombu bir hekayə deyil.. ara sıra gözlərinizə qonaq gələcək cızma qaralardır..qonaqları qəlbinizə qəbul etmək isə..bunu artıq yazılar ilə öz aramızda həll edin :)