Her gün bir şey daha biter
Giderek acı vermez biten şeyler
Kayıtsız bir razı oluş başlar
Sıradan izler bırakır en tutkulu aşklar.
Zaman..nə qəribə məlhəmdir insanların qərtmək tutmuş yaralarına , hə ? O elə sağaldır ki səni , bunu hiss etmirsən..Məsələn , eyni şeylər başına təkrar - təkrar gələndə..və sən olanlardan dərs ala bilmədiyini dərk edib özünü lənətləyəndə..ağrıdan belin büküləndə biri gəlir və deyir : zamana burax.. Bu səni qıcıqlandırır. Hətta istəyirsən ən yaxının belə olsa o insanı həyatından rədd edəsən.. səni anlamadığını düşünüb,səni başından sovuşdurduğunu düşünürsən..
Amma..
Zamanın həyatımızdakı bir çox insandan qat - qat daha müdrik olduğunu o vaxt başa düşürsən ki , artıq yaşanılan hansısa hadisə əvvəlki qədər incitmir.. o vaxt başa düşürsən ki, hansısa münasibət bitəndə ağlamır , sadəcə gözlərini yumub dərindən nəfəs alırsan..o vaxt anlayırsan ki , qarşı tərəf səni nə iləsə günahlandıranda əvvəlki qədər həyəcan keçirib əsəbləşmir , sadəcə o insanın üzünə baxıb gülümsəyir və başını bulayaraq onun yanından ayrılıb öz yoluna davam edirsən..
Bax , zamana burax dedikləri şey tam olaraq budur...sən bunu öz gücün zənn edirsən amma səbəb başqadır..sən indi zamanın güvən dolu qollarındasan. .və o , sənə artıq başa salıb ki , nə olur olsun " daha artığı" deyil.." daha azıdır" ☺
YOU ARE READING
Qaralamalar
Randombu bir hekayə deyil.. ara sıra gözlərinizə qonaq gələcək cızma qaralardır..qonaqları qəlbinizə qəbul etmək isə..bunu artıq yazılar ilə öz aramızda həll edin :)