Yadımdadır , bir dəfə həyətdə uşaqlarla gizlənqaç oynayırdıq. Hardasa 12 uşaq idik. Gözünü yuman hamını tapandan sonra onlar yeni oyuna keçdilər və mən unudulmuşdum. Düzdü heçnə olmamış kimi gizləndiyim yerdən çıxıb davam etdim yeni oyuna amma o gün hiss etdiyim dəyərsizlik hissini heç unutmuram )))))) belə baxanda , ən sona qalmışdım və qalib ola bilərdim amma nə etmək olar ki, bəzən taclı məğlubiyyətlər səni daha möhkəm qucaqlayır )))
YOU ARE READING
Qaralamalar
Randombu bir hekayə deyil.. ara sıra gözlərinizə qonaq gələcək cızma qaralardır..qonaqları qəlbinizə qəbul etmək isə..bunu artıq yazılar ilə öz aramızda həll edin :)