pislik etmək gəlir içimdən son günlərdə..istədiyim tək şey budu..bütün ətrafımdaki insanların ürəyini qırmaq istəyi var nədənsə..və buna görə özümü narahat ya da günahkar hiss etmirəm..yəni ən təhlükəli insan növüyəm..səhv olduğu halda səhv olduğunu düşünməyən insandan uzaq durmalısan..nə hiss etdiyimi bilmirəm..soyumuşam insanlardan..kobudlaşmışam...ağlıma gələn ilk şeyi deyirəm..və bu çox vaxt tərif və ya xoş söz olmur..ki mən,əvvəllər qəlb qırmamaq üçün deyəcəyim sözü iki dəfə düşünən insan idim..bəzən nə qədər düşünsəm də əmin olmurdum və inciməsinlər deyə susurdum..fikrimi tam izah edənə qədər,qarşımdaki məni tam anlayana qədər izah etməkdən bezməyən mən,indi ikinci dəfə "nə?!" deyə soruşanlara yaxşı yol deyirəm..təklikdən qorxmuşam həmişə..yəni özümü tanıyandan bəri..mənəvi təklik ən çox çəkindiyim şey olub..indi tək qalmaq üçün bəhanələr yaradan həmin mənəm..yaxşılığı qarşılıq gözlədiyim üçün etməyə başlamışam,məsələn..etdiyim hörmət və ya hər hansısa bir yaxşılıq görməzdən gəlindiyində hirslənirəm buna,bəli..mən edilən yaxşılığı da pisliyi də heç vaxt unutmuram..məncə bunu heç kim unutmur əslində,sadəcə uyğun zamanı gözləyir hər kəs;yaxşılığı unudub,pisliyi xatırlamaq üçün..qarşıma çıxan hər yaxını öldürmək keçir içimdən..dəlilik sendromlarıdır deyəsən ya da şəxsiyyət ikiləşməsi yaşayıram..hər nədirsə yaxşı deyil..kimsə qarşıma çıxır və öpür,sanki çox darıxıbmış kimi üzümə baxaraq nələrsə danışır..nəsə dediyini tərpənən dodaqlarında hiss edirəm,amma onu eşitmirəm..bu an mənim ağlımda tamam başqa şeylər var..məsələn,onu elə ordaca öldürmək,ürəyini yarıb çıxarmaq..məndən qorxduğunu görmək..o anki,üz ifadəsini görmək arzusu məni dəli edir..mən bütün bunları düşünərkən,o ancaq mənim gülümsədiyimi görür..ikiüzlülük mənəm..hər şey pisləşir get gedə..özümlə fəxr etmirəm,amma nifrət də etmirəm bu "mən"ə..ancaq ibadət zamanı keçmişdəki o sakit uşağı yadıma sala bilirəm..kinsiz..əsəbsiz..hansı ki,ağlamasın deyə öz yeganə oyuncağını da qonşu uşağa verən bir qız idi o..dualar nəfəsimi daha dərinlərə aparır..ürəyimin bir yerlərdə döyündüyünü hiss edirəm..sanki,ılıq bir hava bütün bədənimi qucaqlayır həmin an..nə olar,həmişə belə olsun deyirəm..belə hüzur qoxsun hər her..belə sevgi dadsın bütün insanlar..ruhumun var olduğunu hiss edirəm..və oyanıram..gözəl olan bütün o hisslər bitir bir anda..bu dünyada mənə aid heçnə yoxdu..heç kəs..unutmuram çünki..unutmuram ki,ölüm adlı tək gerçək finalda hər şeyi sıfıra vuracaq..və nəticə bəllidir..kimlərisə geri qaytarmaq istəmirəm və ya nələrisə..qarşılıqsız sevəcək qədər axma deyiləm..egoist mənəm..!..dayan.. mənəm?...
YOU ARE READING
Qaralamalar
Randombu bir hekayə deyil.. ara sıra gözlərinizə qonaq gələcək cızma qaralardır..qonaqları qəlbinizə qəbul etmək isə..bunu artıq yazılar ilə öz aramızda həll edin :)