..hər gecə başını yastığına qoyarkən məni düşünüb ağladığın üçün, mən başqa biri ilə xoşbəxt yaşayarkən, mənim üçün gecələr yuxusuz qaldığın üçün..sevgilimlə yaranan ən kiçik davamızda ürəyində "biz"im üçün yaranan o kiçik ümidlər üçün..getdiyin hər yerdə..qarşına çıxan hər insanda məni axtardığın üçün..bir gün nə olur olsun mütləq yanında olacağıma inandığın üçün, üzr istəyirəm.. bəraət qazandırmaz bu üzrüm heçnəyə..bilirəm..bəraət qazandırmaz təsadüfən adımı hardasa eşidəndə qəlbində yaranan o həyəcana.. bəraət qazandırmaz küçədə gəzərkən yanından keçən birinin səsini mənim səsimə oxşadarkən yanağından axan o göz yaşına..bilirəm, unutdurmaz bu üzrüm heçnəyi..unutdurmaz mənə görə başqalarına etdiyin haqsızlıqları..unutdurmaz məni yaddan çıxarmaq üçün başqa birinin ürəyini istəmədən qırmağını..özünü özünə nifrət etdirdim mən, bilirəm..başqa birini qucaqlayarkən onda mənim qoxumu axtardığını..hər səhər oyananda ilk məni xatırladığını..üzümü yuxuda gördüyün səhər bunun sadəcə bir yuxu olduğunu dərk edib ağladığını..bağışla məni..əslində biz ən çox bir birimizə bənzəyirik..sən mənim üçün üzülürsən..mən bir başqası üçün..bəlkə darıxdığımız tərəflər eyni deyil..düzdü..amma bizi ən yaxşı elə biz başa düşürük. ..
..bu yazım "üçüncü tərəf" olmağa məhkum olanlara həsr olunur..
YOU ARE READING
Qaralamalar
Randombu bir hekayə deyil.. ara sıra gözlərinizə qonaq gələcək cızma qaralardır..qonaqları qəlbinizə qəbul etmək isə..bunu artıq yazılar ilə öz aramızda həll edin :)