"Gözlə bizi İzmir. Biz gəlirik..."
Doğum günüm idi. Şənlənirdik, əylənirdik. Çox xoşbəxt idik. İkinci dəfə idi həyatımda bu qədər xoşbəxt oluram. Ad günlərini sevmirəm əslində. Çünki o bədbəxt gündən sonra ad günlərinə küsdüm. 9. yaş günüm. Cəhənnəmdən fərqsiz o gün. Hamının məhv olacağını düşündüyüm o gün. Hər şey yaxşı başladı. Amma, sonu fəlakətlə bitdi. Yanğın ailəmi məndən ala bilərdi. Dünyamı məhv edə bilərdi...
16 il əvvəl...
Bir axşam idi. 3. Doğum günümü keçirdirdik. Altı nəfərlik masanın ətrafına yığışmış tortumun üzərindəki şamları üfürməyə başlamışdım. Çox şən idik, xoşbəxt idik. Ailım əl çalırdılar, mahnıya ortaq olurdular. Amma, aralarında bir nəfər yox idi. Ege. Ege yox idi. Ətrafa baxdım, axtardım, məndən başqa heç kim axtarmadı, baxmadı, narahat olmadı. Şamları boş verdim və oturduğum stuldan ayağa qalxıb Ege'ni çağırmağa başladım.
"Ege? Ege? Ege gəl." Çağırdım. Səs vermədi amma, saniyələr sonra onun gülüş səsini eşitdim.Qaça-qaça sevincək əllərimi bir-birinə vuraraq yanına getdim.
Öncə qorxmadım, hətta sevindim. Çünki alovları sevirdim. Həmişə onlara əl vurmaq və üfürmək istəmişəm. Ege'nin oturduğu yanan pərdənin qarşısında oturub alovu əlimlə tutmağa çalışdım. Amma, əlim yandı. Ağrı hiss etdim. Sevdiyim şey canımı ağrıtmışdı. Ege yanımdan bir az uzaqda əllərini bir-birinə vuraraq sevinirdi.
Alovu yenidən əlimlə tutmağa çalışanda anamın bütün evi bürüyən bağırışını eşitdim, ağlıyan səsini eşitdim. Doğa'nın səsini eşitdim, Efe'nin səsini. Ağlayırdılar. Atamın addım səslərini eşitdim. Bizim yanımıza gəlib, Ege'ni tək əli ilə qucağına aldı. Alovun istiliyi üzümü, bədənimi yandırmağa başlamışdı. Alovlar isə daha çox böyüyür və çoxalırdılar. Arxama baxdığımda heç kimin olmamağı qorxmağıma səbəb oldu.
Yanırdıq. Yanırdım. Tək idim. Hamısı getmişdi mən qalmışdım. Tək başıma qalmışdım. Necə çıxacaqdım buradan? Öləcəm? Yaşamaq istəyirəm axı...
Donuq vəziyyətdə qapıya baxırdım. Atamı gözləyirdim, anamı gözləyirdim. Qardaşlarımı gözləyirdim...
Birdən yanğınqapıya çatdı. Qapını alovlar bürüdü, bununla da dörd bur yanımı yanğın bürümüşdü. Yanıq iyləri ürəyimi bulandırırdı, başımı ağrıdırdı, fırlandırırdı, öskürdürdü.
Qapıya yaxınlaşmağa çalışdım. İstilik həddindən çox vardı. Tərlər bədənimdən axıb süzülürdü. Gözlərim yavaş-yavaş bağlanırdı. Qapıdan kiminsə gəlməyini gözləyirdim. Çünki, yaşamaq istəyirdim.
Ayaqlarımda qalan son güclərim bitdi. Yerə yığılıb gözlərim yumulanda gördüyüm son şey həyatda yaşamağa olan ümidim idi. Qapıda atamı gördüm, gözlərim yumuldu...
Sonrasını bilmirəm. Huşumu itirdim, gözlərimi açtığımda xəstəxana otağında yatmışdım. Yanımda anam oturmuşdu. Yanımda idi, amma, gözləri uzağa baxırdı...
Bir az vaxtdan sonra xəstəxanadan çıxış etdik. Atamın yeni aldığı evə köçdük...İndiki zaman.
Hər şey 16 il əvvəl baş vermişdi və bitmişdi. Lakin hər ad günümdə sanki 16 il əvvələ qayıdıram...Tortumuzu yedik, yığdıq yığışdırdıq. Atam işdən 2 həftəlik tətilə buraxılmışdı. Ona görə 2 həftə bizə bayram idi. Salona keçib televizora baxmaq üçün televizoru yandırdım. Dairəvi divanda oturub söhbətə başladıq. Efe'nin zarafatları bir yana Ege'nin gülüş səsinin qulaqları kar etməsi başqa bir yana.
"O vaxtı yadındadı Ege, gecə şimşək çaxmışdı, səndə qorxub altına eləmişdin hahahahhaha. Cəmdək iyi gəlirdi otaqdan hahaah." Efe.
"Ə sus! Camaata biyabır oldum! Hahaha" dedi Ege.
"Elə bil, biz onda yox idik da Ege'cim hahahah" dedim.
" Biz iydən ölmüşdük."dedi Efe.
Hamı bir ağızdan gülməyə başladı. Sonra atam dayandı və birdən sanki tüm cəsarətini topladı və bizə bir şey təklif etdi.
"Gəlin, istirahətə gedək." Dedi tək nəfəstə.
"Neçə dəfə düşündün ay ata?" Dedi Doğa.
"Hahah. Yox, bu dəfə çox fikirləşdim. Onsuzda 2 həftəlik tətildəyəm. Gedə bilərik. Məsələn İzmir? Foça 'ya gedərik." Dedi. Hamı susdu. Efe cavabladı.
"Gedək, gedək. Evdə oturmaqdan arxamızdan ayaqlarımız çıxdı. Bekle beni İzmir geleyrumm hehe" dedi Efe. Yenə hamını güldürməyi bacarmışdı.Hamının razılığından sonra əşyalarımızı yığmaq üçün otaqlarımıza getdik. Yığıb, yığışdırıb çamadanımı hazırladım. Saat səhərin doqquzu idi. Biz iki saatdan yola düşəsi idik. Yəni saat 11:00 da...
İki saat sonra hamı evin qarşısına yığışdı.
Mən ağ rəngli yay donumu geyinmişdim. Ayağıma isə qara basanoşka. Üzümə yüngül makiyaj etmişdim. Qara çantamı özümlə almışdım.
Doğa mənim donumun qarasını geyinmişdi. Ayağında mənim basanoşkamın ağ rəngdə olanı var idi. Çantası isə qara balaca çanta idi. Oda üzünə yüngül makiyaj etmişdi.
Anam sıradan ağ yay donunu, ağ basanoşkasını, birdə orta ölçülü bənövşəyi rəngə çalan çanta almışdı. Hər zamanki gözəlliyi yenə görünürdü.
Ege və Efe eyni paltar geyinmişdi. Hər ikisi ağ şalvar, qara sviter geyinmişdi. Gün eynəklərini də unutmamıştılar.
Atamda ağ sviter, qara şalvar və gün eynəyi taxmışdı. Hamımız demək olar eyni geyinmişdik.
Maşına çamadanlarımızı yerləştirdik və maşına əyləşdik. Atam sürücü qoltuğuna, Ege səyahətçi qoltuğuna oturdu. Efe, mən, Doğa, anam arxada əyləştik. Kondisionerləri açıb özümüzü yayın ilk səyahətinin əllərinə buraxdıq. Atam radiodan sevdiyi mahnını oxutdu. Mahnı ' Aşkın Nur Yengi -Yalancı Bahar' idi. Mahnı sədaları altında İzmir'ə yola qoyulduq.
Gözlə bizi İzmir. Biz gəlirik.
----
Salam) Necəsiz? Oy verin, yorum yazın lütfenn. Birdə məni takib edin Yeni bölümdə görüşərik💗 Sağolunnnn🌷
YouTube:@nurayehmdli
ŞİMDİ OKUDUĞUN
Dörd Müşketyor | Texting
RandomBiz dörd nəfərik. Dörd uşağıq. Dörd yetkin insanlarıq. Biz dörd ayrılmaz canıq. Biz Dörd Müşketyor'uq. Bura bizim krallığımızdır. Bura bizim dünyamızdır. Dünyamıza xoş gəlmisiniz.