8. Dəniz Keyfi.

31 10 13
                                    

Oy verib, yorum yazmağı unutmuyun xahiş edirəm;)

" O mənim Zümra'mdır."

Zümra Koşan

Maşın səyahətimizin sonuna gəlirdik. Təxminən 3 saatlıq yolculuqdan sonra İzmir'ə çatmışdıq. Yolun çoxunu yatmışdım. Birində Efe'nin telefonda kiməsə bağırdığını eşidib oyanmışdım. Soruşduq amma heç nə demədi. Çox üstünə getmədim, yenidən yatdım. Və indi artıq təyin etdiyimiz hotelə çatmışdıq. Hotel Foça da idi. 'Foça Kumsal Hotel' adlı hotelə yaxınlaşırdıq. Atam maşının sürətini azaldıb, küçəni döndüyündə hotel qarşımızda idi.

Rezervasiyanı bura gəlməmişdən əvvəl etmişdik. Yəni gələcəyimizdən xənərləri var idi. Maşın dayandığında birinci anam endi. Sonra növbə ilə hamlmız endik. İçəridən hotel işçiləri bizi qarşıladı və çamadanlarımızı daşımaq üçün kömək etdilər. Otaq nömrələrimiz 13 və 14 idi. Biz dördümüz 13, anam, atam 14. otaqda yer almışdılar.

Çamadanlarımızı yerləşdirib istirahət üçün otaqlarımıza çəkildik. Biz otağa girənən kimi Efe'nin addımları dayandı. Doğa'da onun bu hərəkətini görmüşdü ki, olduğu yerdə dayandı. Efe onun yanına gəlib telefonu Doğa'nın cibindən aldı. Əsəbi bir şəkildə açıb Whatsapp'a girdi. Yanına gedib, telefona baxdım. Hımmmm, işləri aydınlaşmışdı.

Doğa'nın məktəbdən dosdu Doruk'un mesajlarını Efe görmüşdü. Maşındada danışdığı o idi. Bittilər. Doğa da bitti. Yetim Doruk'da.

Efe proqramdan çıxıb zənglərə girdi. Şükür burda Doruk'un adı yox idi. Hamısı biz idik. Birdənə bayaq Efe maşında zəng vuranda ora adı düşmüşdü.

Telefonu bağlıyıb Doğa'ya qaytardı. İşarət barmağını ona qarşı sallayıb onu xəbərdar etdi.
"Ağıllı ol bacım." Deyib onu özünə çekip qucaqladı. Mən də yandan onları qucaqladım. Ege'də yanımıza gəlib digər yandan da o qucaqladı. Hotel otağının ortasında dördümüzdə qucaqlaşdıq. Sonra Efe gülərək bizi itələdi.
"Əşi, kutarın görək. Elə bil illərdir görmürlər məni. Önəmli olduğumu bilirdim, amma bu qədər yox hehehe..." dedi.

Özümüzü çarpayalarımıza atıb, yuxuların öhdəsinə buraxdıq.

☀️

Bir saat yarım çəkən yuxudan sonra gözlərimi açdığım kimi özümü hoteldən çölə atdım. Mən endiyimdə anam, atam və Ege dəniz kənarında idilər. Onların yanına gedib əyləşdim, söhbətlərinə qulaq asdım amma bir az sonra fikrim uzaqlara getdi.

Efe Koşan.

Gözlərimi xəyallarla yummuşdum. Gülməli bir insanın həyatını başa düşmək başqaları üçün çətin olar. Çünki hər zaman, hər yerdə, hər hadisədə onun pozitif olduğunu dilə gətirirlər. Halbuki bizimdə, bir yerdə hisslərimiz, düşüncələrimiz var. Hər zaman həyatın dolu tərəfinə baxıram ancaq, hərdən insan boş tərəfdən başqa heçnə görmür.

Az əvvəl, Doğa'ya bəlkə haqsızlıq elədim. Şəxsi həyatına qarışdım. Fərqindəyəm. Səhv elədim. Amma, onu, Zümra'nı Ege'ni qorumaq üçün hər şey edərəm. Əsasda Doğa'nı. Bilmirəm, bəlkə balacamızdır buna görə həddindən çox şəxsisinə, həyatına qarışıram.

Təkcə mən yox, Ege'də ona qorumacı davranır. Onu paylaşmaq istəmirəm. Mənim bacımın bizdən başqa heç kimi olmasın. Bizdən başqa, dosdu, yaxını olmasını gözə ala bilmirəm. Bəlkə də onun qırılmağından qorxuram.

Gözlərimi açanda otaqda Doğa ilə tək qalmışdım. Zümra'ya mesaj yazıb, pencərənin önünə keçdim. Bir dəqiqə, iki dəqiqə, üçüncü dəqiqədə mesajıma cavab gəlmişdi.
*Bacımmm: "Dəniz kənarındayıq. Pencərədən ayrıl bizim yanımıza gəl.🙂"
yazmışdı. Pencərədən çölü axtardım. Sonra yuxarıya baxıb gülümsəyən Zümra'nı gördüm. Yanında Ege oturmuşdu, valideynlərimlə söhbət edirdi. Telefonu açıb Zümra'ya cavab yazdım.

*Siz:"İşte gidiyorsun. Bir şey demeden..."

yazıb göndərdim. Dərhal cavab gəldi.

*Bacımmm:"😁 gəlin." Yazıb çıxdı. Doğa'nın yanına gedib, əyildim.

"Doğa'mmm qızz,dur." Durmadı.
"Bacımm? Dur dənizə gedirik!" Dedim.
"Hııhh?" Dedi.
"Dənizə gedirik deyirəm. Dur." Dedim. Bu səfər təmiz durdu.
"Dur. Dur, gedək tez! Ayyyyy, dənizzz." Deyib ayağa durdu. Qaça-qaça qapıdan çıxdı. Məndə onun telefonunu və öz telefonumu götürüb otaqdan çıxdım...

Hamımız dənizin kənarında oturmuşduq. Doğa dənizə girmək istədiyini dediyində, məndə onu təsdiqlədim. Zümra'da bizimlə gəlmək istədi. Ege gəlmədi. Biz üçümüz dənizə girmək üçün ayaqlandıq. Doğa qabaqda qaça-qaça gedirdi. Məndə ona qoşuldum.
"Ayy, nasılda koşuyorum ayollll!"dedim. Zümra və Doğa gülməyə başladılar. Doğa'nın sürəti yavaşladı. Zümra'da gülməyi dayandırıb qaçmağa başladı.

Dənizdə keyifli vaxt keçirdik. Təbi, Doğa və Zümra bir olub başımı suyun altına soxub nəfəssiz qalmağım xaricində.

Dərin yerlərdə onlar üzəndə, məndə gizlicə arxalarından gedib ayaqlarını tutub qorxudurdum. Amma, axrıncı dəfə qorxudanda tutldum. Hahhahaha. Çox sevincli idik. Tətil bizə yaramışdı...

Dənizdən axır ki, çıxa bildik. Otaqlarımıxa qalxıb, paltarımızı dəyişdik. Yemək üçün hotel xaricindəki restoranlardan birinı getdik. Axşam yeməyimizi xoşbəxliklə yedik. Hotelimizə qayıtdıq. Otaqlarımıza getdik. Güldük, əyləndik, yorulduq, oturduq, söhbət elədik...

Zümra qəlbim, Doğa gözüm, Ege çıxış yolum. Və mən. Bilmirəm,kim üçün nəyəm. Kim üçün  mənalıyam, bəlkə mənasızam. Bəlkə, dəyərsizəm...

" Efe'm mənim üçün çox dəyərlisən. Bilirsən də."dedi Zümra, elə bil düşündüklərimi hiss elədi.

Gülümsəyib ona baxdım.
"Sənidə canımdan çox sevdiyimi bilirsən də." Dedim və ona özümə çekib qucaqladım. "Dəyərlim..."dedim,saçlarını öptüm. "Dünyam..."dedi Zümra.

Dünyamı həm gözəlləştirir, həm məna qatır, həm də dəyərləndirirdi. O mənim bacımdır. O mənim qızımdı. O mənim canımdan candır. Canımı verə biləcəyim ilk insan. O mənim Zümra'mdır.
----
Salammmmm:)))) Ayyy bu bölümü ürəkdən, içtən yazdım. Hələ axırı... Efemmm bizimdə səni sevdiyimizi bilirsən mi?..

Nə isə duygusallığa son verək. Necəsiz? Oy verin, yorum yazınnnnn! Sevindirin məni. Əziyyət çəkirəm. O boyda fikirləş, yaz tök siz amma nə oy verirsiz nədə  yorum yazırsız🥲

Danışmama son verirəm. Və sizinlə sağollaşıram. Gələn bölümdə görüşərik. Sizləri nə qədər sevdiyimu bir bilsəs... Ehh ehh, çoooxx çoxxx çoxxx lapp çoxx... nəsə Sağolunnnn canislərimm🎀❤️

Dörd Müşketyor | TextingHikayelerin yaşadığı yer. Şimdi keşfedin