2. Doğruluq- Cəsarət.

59 12 22
                                    

"Gözlerindeki ay..."

"Çevir Zümra. Növbə səndə idi."
"Okey, şüşəni ver Efe."
"Al baccıımm!"
"Aaaaaaaaa! Efe Doğa'ya! Hahhahah! Yandın Doğaaa."
"Bacıımmm, Doğaa'mm..."
"Ayda. Yandıq, bittik, kül olduq. Haaha"
"Seç. Doğruluq yoxsa Cəsarət? Zaman getdi. Tik tak, tik tak, tik tak..."
"Gözlə, fikirləşim."
"Bax bacım, doğruluğu seçirsən yoxsa cəsarəti? Tez ol!"
"Doğaa? Aloo? Seç kutar!"
"Off, dayanındaa! Fikirləşim. Doğruluq seçsəm həyatımı sorğulamağa başlayasısız. Cəsarət desəm ağlınıza gələn şeyləri deyəsisiz."
"Cəsarət seç onda. Həm, sənin həyatında nə varki biz onu bilmirik!?"
"Offfffff, yaxşı cəsarət!"
"Bax belə. Ağıllı ol bacım. Bacı, qardaşının sözündən çıxmaz."

Axşam tərəfi evimizin qarşısında olan küçə lanbasının altında oturub , Doğruluq-Cəsarət oynayırdıq. Həmişə ki, şüşəmizi növbə ilə fırladıb, oyunun keyfini çıxardırdıq. Efe Doğa'ya düşmüşdü. Doğa uzun düşüncələrindən sonra cavab vermişdi. Cəsarət demişdi. Məncə, bu cavab onun üçün yaxşı olmayacaqdı...

"Hmm, get, bax orada bir it var e, onu sığalla." Dedi Efe. Başımız onun göstərdiyi səmtə döndü. İti gördüyü kimi, Doğa ayaqlandı. Arxasınca baxdığımızda onun Efe'nin ağzını əydiyini eşitdik.
"Immmm, get bax orodo bor ot vor oooo, ono soğollo" arxasına çönüb baxanda, ona tərs tərs baxan Efe ilə qarşılaşdı. Efe ayağındakı ayaqqabsını çıxardıb Doğa'ya tərəf fırlatdı. Hamımız bir ağızdan gülürdük. Doğa kənara çəkildi buna görə ayaqqabı ona dəymədi. Amma, kaş ona dəyərdi. Çünki ayaqqabı Efe'nin göstərdiyi itə dəymişdi. Deyəsən əsəbləşmişdi, ona görə üsdümüzə hürə-hürə gəlirdi.

Oturduğumuz yerdən durub küçə aşağı qaçmağa başladıq. Ege və Efe gülürdülər. Çünki bizdən qabaqda idilər. İt isə təxminən bir iki addım arxamızda. Var gücümüzlə qaçırdıq. Və 'hoşştt' deyib iti qovmağa çalışırdıq. Bir neçə küçə keçdikdən sonra biz Ege və Efe'ni ötmüşdük. Onlar arxada söylənə söylənə gəlirdilər. Eşitdiyim və gülməyimə səbəb olan söhbətlərindən biri bu olmuşdu.
"Lann, arxam gedəsidi idi. Nə ayağıma ömürlük vəda edəcəm, nə də arxama. Mən onlarsız necə yaşıyaram? Həəə? Ədə da get da səndəə! Ehh. Yapışıbdı eyy! Gərək qopartsın paramı. Ehh!" Söylənirdi Efe.
"Qurban olduğum nə gözəl də qaçır" deyib gülürdü Ege...

Neçə küçə getdik bilmirəm amma çox getmişdik. Gördüyümüz hər döngədən içəriyə giridik. 2. döngədə it arxamızda deyildi. Tam rahatlaşmışdıq ki, qabağımıza çıxdı. Qalxıb qaçmağa başladıq. Dəqiqlərimizi alan qaçışın sonunda it təslim oldu. O da yorulmuşdu bizdə.

Axır ki, iti azdıra bildik. Evdən çox uzaqlaşmışdıq. Gördüyümüz ilk marketdən su alıb içdik. İt o qədər qaçdırıb ki. Dilimiz damağımız quruyub. Su içib yolun kənarındakı səkidə oturduq. Dördümüzdə nəfəs nəfəs idik. Lakin bu bir neçə dəqiqə sonra düzəldi. Nəfəslərimiz qaydaya düşdü. Ayaqlanıb evimizin yolunu üz tutduq.

Yola başlamazdan əvvəl Doğa telefonundan mahnı oxutdu. Mahnı ' Mavi Solman-Gözlerindeki ay' mahnısı idi. Dördümüzündə ən sevdiyi mahnı. Hər zaman dördümüz birliktə qulaq asırıq bu mahnıya. " Gözlerindeki ay, kalbindeki yaralar..." Doğa
"Sen bi' düzen bi' bozansın, yansın ay güneşten güzelsin..." Mən...

Mahnıya ortaqlıq etməyə başladıq. Qaranlıq küçədə dördümüz, yolumuzu aydınladan küçə lampaları, göydə ki ay, qulaq asıb, oxuduğumuz mahnı... Mükəmməl bir hal yaratmışdıq... Birdən dayandıq. Bir anlıq hamımızın başı yuxarıda olan Ay'a çevrildi. Işıqlı, par par parlayan... Gözlərimizdəki ay... Beş Ay. Biz dördümüzün gözlərindəki və gözlərimizə əks edən baxdığımız Ay.
----
Salam:) Necəsiz? Bölümə lütfeenn oy verməyi, yorum yazmağı unutmayın. Sizləri çox çox çox sevirəm) Tezliklə yeni bölüm gələcək🎀 Amma xahiş edirəm oy verin🥲Nə isə yeni bölümdə görüşərik. Sağolun birtanelerimmmm😽

Dörd Müşketyor | TextingHikayelerin yaşadığı yer. Şimdi keşfedin