|Oy verməyi unutmayın!|
Qulağımdakı gurultular xaricdən gəlirdi, içim səsizliyə gömülmüşdü...
Doğa Koşan.
Bədənləri alan torpaq təəssüf ki, geri qaytarmırdı. Qaytarsa, qaytarmaq istədiyim kim olardı? Bilmirəm...Keçirtdiyimiz qəzadan sonra gözlərimi açmamışdım. Beynim dayanmışdı elə bil. Vaxt, zaman, saat, gün keçmirdi sanki. Zaman qavramım yox olmuşdu elə bil. Yatmışdım. Dərin yuxuların içində, o yuxudan bu yuxuya, o səsdən bu səsə daxil olurdum. Səslər xaricdən gəlirdi. Eşidirdim, amma başa düşə bilmirdim. Ürək döyüntülərimi eşitmirdim. Bədənimi tərpədə bilmirdim.
Qaranlığın ortasında bir başıma buraxılmışam. Çıxışım, tərpənməyə gücüm, yerim, qaçamağa yolum, axtarmağa balaca bir işığım yox idi. Ətrafımda olan insanlara səslənirdim, amma, onlar məni görmürdülər, eşitmirdilər, səsim pıçıltı kimi çıxırdı. Nəfəsim hüdudlu idi, qısa bir söz dediktən sonra kəsilirdi. Gözlərim bağlanırdı, yıxılırdım, sonra isə yenə qaranlıq.
Həyatın mənə oynadığı bu oyunda, qalibin kim olacağı bəlli deyil. Bunu heç bir tərəfə bilmir. Təbii ki, qalib gəlmək üçün əlimdən gələni edəcəm, həyat görəsən uduzmaq üçün çabalayacax yoxsa, qalib gəlmək üçün?..
( Yazarın danışığı ilə)
Hər qaranlıq gecənin, bir aydınlığı olar deyirlər. Ya da hər qaralıq gecənin bir günüdüzü vardır. Düzdür. Hər gecənin bir gündüzü, hər kədərin bir gülüşü, hər gülüşün bir hüzünü, hər hüzünün bir sevinci vardır. Lakin, bu gecənin bir gündüzü olayacaqdı. O gecə aydınlanmayacaq, ulduzlar görünməyəcək, ay parlamayacaqdı. Göy üzünü bürüyən qara buludlar sayrılmayacaq, aydın səma üzə çıxmayacaqdı. Viranəlik, ölüm, ayrılıq, sonsuz davam edən yuxu...
"Xəstənin, beyin ölümü keçirdiyini qənaət edirik həkim. Ümid edirik belə bir şey olmayıb. Lakin, müayinə etməliyik, analizlər götürməliyik, sonra cavablar sizə çatacaq.""Ok, müayinələrə vaxtında, indi başlayın, məndə digər xəstələrə baxım. Tez olun."
"Baş üstə."
Doğa... Komaya girmə ehtimalı yüksək, ölümün ayağında olan birinci şəxs. Ailənin ən kiçik üvzü, ölümün ən birincisi. O, yaşamaq istəyərdi. Doyunca yaşamaq, həyatın dadını çıxarmaq istəyərdi. Ən böyük arzusu vəkil olmaqdır. Bunun üçün tutunmağa çalışır həyata. O sadəcə, arzusunu gerçəkləşdirmək üçün yaşamaq istəyir...
"Həkim, Ege Koşan, nəbzi normaya düşmür, ürək atışları zəifləyir! Tez elektoşok etməliyik! Təcili gəlin! "
"İndiyə kimi nəsə etmisiniz?"
"Xeyr, ilk sizə xəbər verdik!"
Ege... Əkizlərdən ən böyüyü. 5 dəqiqə böyükdür. Ailənin birincisi, ölümün birincisi. Ən çox zərbə ona dəymişdi. Müqavimət göstərirdi, lakin artıq dözmürdü. Hərdən ürək atışları yoxa bərabər olurdu. Daha sonra gecdən, edilən müdaxilələrdən sonra yerinə gəlirdi. Həyatda qalması çətin idi, amma, bacara bilsə asand...
Dəqiqələr sonra ürək döyüntüləri və nəbzi düzələn Ege'nin vəziyyəti yaxşılaşmışdı. Düzdür, daxiləndə, xaricəndə vəziyyəti pis idi. Lakin, ürək döyüntüləri normallaşmışdı. Nəfəs ardıcıllığı düzəlmişdi. Yaşaması üçün bu böyük tutunacaq idi. Əgər dözə bilsə yaşayacaqdı...
Başından ağır zərbə almışdı. Sinə, qabırğa sümüklərində qırıq və əziklər var idi. Çıxıq və sınıqlar çox yerində var idi. Yaşaması daha çox mümkündür nəinki, ölümündən...
Ege Koşan.
Gözlərim sadəcə qaranlığı görür. Gözlərim açıqdır sanki, amma sadəcə qaranlığı görürəm. İşıqlar qapalıdır, gecədir, ətraf zil qaranlıqlıqdır. Mən qaranlıqdan qorxuram.
Amma Efe ya da Zümra olanda qaranlıqdan qorxmuram. İndi təkəm və qorxuram. Yanımda heç kim yoxdur. Dodaqlarım, dilim tərpənmirdi.
Su istəyirdim amma bunu deyə bilmirdim, çünki, müqavimətim yoxdur. Ağzımı açmağa, suyu içməyə... Hər bir səssi eşidirdim. Ancaq, özüm danışa bilmirdim. Səslər xaricdən gəlirdi, içim səsizliyə gömülmüşdü.
Bunların pis yuxu olmasını istəyirəm. Oyanım hər şey yuxu olmuş olsun, gerçək olmamış olsun, hər şey qaldığı yerdən davam etsin. Sağ salamat yaşayaq. Hamımız birliktə.
Yaşamaq üçün bacara bildiyim qədər müqavimət göstərirəm. Çünki, yaşamaq istəyirəm. Xəyallarımı, arzularımı, istəklərimi yerinə yetirmək istəyirəm. Mən hələ Efe'yə şeir dəftəri alacaqdım. Mənə şeir yazacaqdı Efe. Efe demişkən, görəsən onlar necədi? Doğa, Zümra, anam, atam? Onlar yaxşı idilər? Nə olar yaxşı olsunlar. Buradan sağ-salamat çıxıb evə getmək istəyirəm.
Ətrafımı əhatə edən qaranlığı yarıb çıxmaq istəyirəm. Lakin, nə gücüm var, nə qüvvəm...
----
Uupp uzun aradan sonraaa gəldimm... Necəsizzz? Darıxmışdım ee lap bizim bu Dörd Müşketyor üçün🥲🥲 Sonunda vaxtım oldu və yazdıııımmm.... neyseeeeyyy, oy verməyi unutmayınn baaayyy🎀
YouTube:@memonuzmussPint:https://pin.it/6K5AALEUp
Whatsapp:https://whatsapp.com/channel/0029VamGeE30AgW8xirvbJ2l
Haminizi wp kanalıma gözləyirəmm🫂🎀
ŞİMDİ OKUDUĞUN
Dörd Müşketyor | Texting
RandomBiz dörd nəfərik. Dörd uşağıq. Dörd yetkin insanlarıq. Biz dörd ayrılmaz canıq. Biz Dörd Müşketyor'uq. Bura bizim krallığımızdır. Bura bizim dünyamızdır. Dünyamıza xoş gəlmisiniz.