4. Meşə.

40 12 22
                                    

"Həyatın sadəcə boş tərəfinə yox dolu tərəfinə baxmaq lazımdı. Mənim bu həyatda boş larım var. Lakin o boşların üstünü örtə biləcək üç müşketyorum da var."

Efe Koşan.

Bəzən insanlar, mənə baxdıqlarında çox pozitiv olduğumu, niyə hər zaman belə olduğumu soruşdururlar. Onlara verə biləcək ən doğru cavabım bu ola bilər. 'Həyatın sadəcə boş tərəfinə yox dolu tərəfinə baxmaq lazımdı. Mənim bu həyatda boş larım var. Lakin o boşların üstünü örtə biləcək üç müşketyorum da var.' Onlara Müşketyorlar deyə səslənirəm içimdə. Onlar mənim təkcə bacı-qardaşım deyil. Onlar mənim uşaqlıq dosdlarımdır. Sığınacağımdır. Arxa-dayaqlarımdır. Sirdaşlarımdır.

Bəzən həyatımı onlarsız təsəvvür edirəm. Bunun təsəvvürü belə çox çirkindir. Onlarsız həyat, həyat olmazdı mənim üçün. Bir cəhənnəm olardı. Onlar olmasaydı, mən boş qalardım. Heç kim olardım. Ege, Zümra, Doğa. Sevincimi Doğa ilə, kədərimi Ege ilə, qorxumu Zümra ilə paylaşıram. Onlar mənim həyatdakı dolu yerlərimdir...

Səhər Ege'nin üzümə soyuq suyu tökməsi ilə oyandım. Yanında Zümra və Doğa vardı. Üçüdə qəhqəhə çəkip gülərkən mən soyuq suyun təsiri altında idim.
" Ə neyniyirsən eeeyy offf." Dedim üzümə yapışan saçlarımı arxaya itəliyərkən. Pijamam suyun içində idi. Gülünəsi vəziyyətdə idim hahaa.
" Oyanmırdın, məndə oyatdım! Gəl, yemək yeyirik. Sonrada meşədə piknikə gedirik. Tez ol." Dedi Ege. Əlində üstümə tökdüyü suyun qabı əlində idi. Anamın otağıma qoyduğu çiçəklərin vazasındakı suyu tökmüştü. Məndə güləndə dördümüzdə birliktə gülməyə başladıq.

Otağımdan çıxdıqlarından sonra paltarımı dəyişib, yemək yemək üçün mətbəxtə üz tutdum. Təbi ki, onun əvvəlində əl üzümü yumağı unutmadım.

Ailəvi yeməktən sonra atamı işə yola saldıq. Anam isə süfrəni yığmağa başladı. Dörmüzdə eyni anda qalxıb anama kömək etməyə başladıq. Anamıza hər zaman, hər şeydə kömək edirik. Atamızada. Onların haqqı ödənməz. Və onlarda bu dünyaya bir dəfə gəlirlər, onlarda xoşbəxt yaşamaq istəyirlər. Bizim köməyimiz onları azda olsa xoşbəxt edir. Buna görə valideynlərinizi xoşbəxt etmək üçün hər zaman onlara dəstək və kömək olun.

Süfrəni yığışdırıb, qabları yuyub, yerlərinə qoyduq. Sonra piknikə hazırlıq üçün atışdırmalıqlar hazırladıq. Çantalarımıza qoyub, paltarlarımızı dəyişmək üçün otaqlarımıza girdik. Yarım saat sonra hamımız hazır idik. Anamla sağollaşıb evdən ayrıldıq.

İnternettdə uzun axtarışların sonunda gedəcəyimiz yeri tapmışdıq. 'Atatürk Kent Ormanı' na gedəcəkdik.

Yarım saat sonra artıq çatmışdıq. Taksidən birinci Zümra, daha sonra Ege, mən və Doğa endi. Meşəyə doğru addımladıq. İçəriyə girdiyimizdə ətrafın gözəlliyinə gözlərimiz qamaşdı. Əşyalarımızı yerləşdirib hərəmiz bir yana dağıldıq. Qısa çəkən əyləncəmizdən sonra əşyalarımızı qoyduğumuz yerə gəlib oturduq. Söhbət etməyə başladıq. Oyunlar oynadıq. Kitab oxuduq. Və daha nələr nələr...

Günümüzü bu gün bu meşədə qənaətli keçirdik. Bunun yaxşı səbəbi bu gün başımıza iş açmadıq. Bu gün piknikə gəlməsəydik bəlkə indi hansı işin içindən çıxmağa çalışırdıq hahaha.
"Saat neçədi Ege?" Soruşdu Zümra. "Vaxt nə tez keçdi, hava qaralır, evə getməliyik." Dedi. Ege telefonunu açıb kilid ekranında göstərilən saata baxdı. Saat tam 21:00 idi.

Çantalarımıza əşyalarımızı yığdıq. Belimizə taxdıq. Yerdə heç bir şeyi qalmamasından və zibilin olmamasından əmin olmaq üçün oturduğumuz yerin ətrafının təmizliyinə baxdıq. Onsuz çirklənməməsi üçün əlimizdən gələn hər şeyi etmişdik. Buna görə ətraf tər təmiz idi.

10-15 dəqiqəmiz taksi axtarmaqla keçdi. Axır ki, bir taksi tapdıq. İçəriyə doluşub yolu tərif elədik. Taksi yenə yarım saat sonra bizi evin önündə endirdi. Küçə lampalrı qapıya ışığını salırdı, buda açarla qapını açmağıma kömək edirdi.

Evə daxil olub, mətbəxtdə oturan anama və atama salam verib, yuxarı çıxdıq. Dördümüzündə otağı yan yana idi. Hər gecə WhatsApp proqramında qurduğumuz qrupda yazışırıq. Amma, görünən budur ki, bu gün heç kim qrupa girməyəcək. Məndə daxil. Çünki bu gün həqiqətən yorulmuşduq.

Otağa girdiyim an paltarımı dəyişib pijamamı geyindim. Duş qəbul edib sonra telefonuma baxdım. Heç bir bildiriş yox idi. Hamısı duş qəbul edib yatmışdılar. Telefonu söndürüb çəkməcənin üzərinə qoyub, yorğanın altına girdim. Yastığımı düzəldib başımı rahatlatdıqdan sonra gözlərim həzinlə qapandı. Yatmadan qabaq bir tövsiyə vermək istəyirəm. Xatırlayırsınızsa, səhər mənə verilən sualın cavabını sizə demişdim.'Həyatın sadəcə boş tərəfinə yox dolu tərəfinə baxmaq lazımdı. Mənim bu həyatda boş larım var. Lakin o boşların üstünü örtə biləcək üç müşketyorum da var.'  Sizdə həyatın dolu tərəfindən baxın. Daima sevinin, xoşbəxt olun, olmağa çalışın. Hər şeyi qəbullənin. Telefonla yox, sevdiklərinizlə vaxtınızı keçirin. Çünki sevdikləriniz bir gün sizin yanınızda əbədiyən  olmayacaq. Və artıq yuxudayam... Bir günümüz daha keçdi. Müşketyor'ların bir günü də belə getdi.
----
Salam bal- bəhməzlərimm:)) Yuxudan ayılan  kimi bölümü yazıb atdım. Sizdə oy verinməyi yorum yazmağı birdə məni takib etməyi unutmuyun xahiş edirəm;) Növbəti bölüm tez zamana gələcək. Çünki gözlıtmək istəmirəm heheheh. Bölüm sonu Efe'nin qısa tövsiyəsi necə idi? Yorumlara yazarsınız!.. Sizi seviyorkee həmdə çooxx♥️ Sağolunnnnn💘
                YouTube: @nurayehmdli. 

Dörd Müşketyor | TextingHikayelerin yaşadığı yer. Şimdi keşfedin