|Oy verməyi, yorum yazmağı unutmayın, çox xahiş edirəm|
"Görünmürəm qaranlıqda,
Kəsilən nəfəsimə bir şəfa,
Yoxmudur bu dünyada..."Həyat. Bəzən, birni itirəcək qədər qəddardır həyat. Bəzən isə sevincdən göylərə uçurdacaq qədər maraqlı və sevimlidir.
İnsanlar. Bəzən, dünyanı dağıtmaq üçün əlindən gələn hər şeyi edən varlıq. Bəzən, bir insanın həyatını əllərindən ala biləcək qədər gözü dönən olan varlıq. Bizimdə canımız alınırdı. İnsanların həqiqətən gözü qəzəbdən, qisasdan, hirsdən kor olmuşdu. İnsanlıq bu qədərmi yox olub? Həə, günümüzdə artıq insanlıq var idi ki, hələ də bir yox olsun...
Gözlərimi açanda təcili yardımda ilkin müdaxilə edilirdim. Bədənimdəki dözülməz ağrı, yerli yerində idi. Nə artım var idi, nə də ki, azalma. Boğazımın yanğısı isə tezəcə başlamışdı. Sanki, boğazımı qaynar su yandırmışdı. Ayaqlarımı qəti hiss etmirdim. Başımı qaldırıb ayaqlarıma baxdığımda, sol ayağımın çıxdığını və buna görə şişib, göuərdiyini, bir az aşağısında kəsiyin olduğunu, sağ ayağımın isə dizdən, topuğuma qədər sıyrılmış hissəsini gördüm. Amma, hiss etmirdim.
Qollarıma baxanda, sağ biləyim qırılmışdı, sol əlimin barmaqlarımı çıxmışdı. Buna görə hər iki əlim şişib göyərmişdi, sağ əlim bir az bənövşəyi rəngə çalırdı. Onlarıda həmçinin hiss etmirdim.
Ayaqlarımı ağrıdan tərpədə bilmirdim. Qolumu tərpədməyə cəht göstərdim. Uğursuz alındı. Mən vegetativ vəziyyətə düşmüşdüm?..
Gözlərim yenidən bağlanmağa başlamışdı. Nəfəs alış-verişlərimi qaydaya salmağım qeyri-mümkün idi. Nəfəsim gah gəlirdi, gah kəsilirdi. Son gördüyüm şey təcili yardım maşının dayanması və məni aşağı endirmələri oldu. Bundan az sonra, huşumu itirmişdim...Bir qəza altı insan. Bir qəza altı can. Bir qəza Dörd Müşketyor... Yaşıya bilərdik mi? Yaşıyırdıqmı? Nə oldu, necə oldu, kim etdi, nə üçün etdi? Xəyallarım məhv oldu, həyatım məhv oldu, gələcəyə dair planlarım məhv oldu. Bəlkə də, mən məhv oldum...
Gözlərim yumulu idi, ancaq, bir görüntü var idi. 16-17 yaşım olardı. Efe şeir dəftərindən yazdığı şeiri mənə oxutmaq istəmişdi. Şeirin sadəcə bir hissəsini oxuya bilirdim.
"Görünmürəm qaranlıqda,
Kəsilən səsimə bir şəfa,
Yoxmudur bu dünyada..."Bu bir işarət ola bilərdi? Bəlkə Efe yaşamaq üçün mübarizə verirdi. Yaşaya bilməsə? Onlar yaşaya bilməsələr? Doğa, Ege, Efe, anam, atam yaşamasa? Bəs, görəsən, onlar necə idi. Yaxşı idilər? Yoxsa vəziyyətləri pis idi? Yaşayırdılar, yoxsa, ölmüşdülər?
Onları itirmək istəmirəm. Özüm ölüm ayağnda olsam belə hər biri üçün dua edirəm. Onların yaşaması üçün. Yaxşı olmaları üçün. Tanrım, lütfən eşit dualarımı və qoru onları. Məni öldür amma, yaşat onları yalvarıram...
Həyat bitə bilərdi, həyat yenidən başlaya bilərdi. Kimisi üçün isə həyat heç başlamamıştı.
İnsanlar həyatın dadını, həyat bitəndə anlarmış. Mən hər zaman həyatın dadını çıxartmağa çalışmışam. Başa düşmədim sadəcə qısa bir sual var nəyə görə intiharlar var, nəyə görə hər kəs dünyadan, həyatdan canını qurtarmaq istəyir? Oysa, həyat yaşandıqca sevimli və xoşbəxtdir.
----
Bölümlər əvvəlkilərdən daha qısadı çünki riyaziyyat həll eləməkdən çox yaza bilmirəm👺 Neyseee, oy, yorum mütləqdi, o öz yerində. Özünüz necəsiniz? Sizə görə bölümü tez atdım. Spoi falan istəmiyin. Verməyəcəm! SAĞOLUN💌 Sağlıqla qalınızzzYoutube:@nuray_ehmdli.
ŞİMDİ OKUDUĞUN
Dörd Müşketyor | Texting
RandomBiz dörd nəfərik. Dörd uşağıq. Dörd yetkin insanlarıq. Biz dörd ayrılmaz canıq. Biz Dörd Müşketyor'uq. Bura bizim krallığımızdır. Bura bizim dünyamızdır. Dünyamıza xoş gəlmisiniz.