Kəndə köçəndən sonra, anama müraciət edənlərin sayı
kəskin şəkildə azalsa da, onun bu evdə də pasiyentləri üçün
ayırdığı kiçik bir otağı var idi və adətən daxili sarsıntılardan
əziyyət çəkən insanları bu otaqda müalicə edirdi. Amma bu
gün mənim yuxudan belə tez oyanmağımla bərabər, bir çox
şey fərqli idi. Elmira xanımla naməlum qadının səsi qonaq
otağından gəlirdi. Anam ara-bir suallar verir və məni
yuxudan vaxtsız oyatmamaq üçün, bacardıqca asta səslə
danışırdı. Digər qadının titrək səsindən isə, necə həyəcan
keçirdiyi və yəqin ki, az öncə ağladığı hiss olunurdu.
Başqalarının söhbətinə onların xəbəri olmadan qulaq
asmağın qeyri-etik bir hal olduğunu bilsəm də, etiraf edim
ki, yuxudan gec oyanmağıma və hər şeyi əvvəldən
eşitməməyimə təəssüflənirdim. Ancaq anamla həmin qadın
arasındakı dialoqun sonunu və bəlkə də ən maraqlı hissəsini
eşitməyə müvəffəq oldum.
- Sizin sözünüzdən belə çıxır ki, bu artıq yeddinci hissdir, elə
mi? - anam həmin qadından soruşdu - Yaxşı, bəs, onda bu
na nə ad verək?
- Orasını siz məndən yaxşı bilərsiz... - qadın səs tonunu
aşağı salıb, məyus halda pıçıldadı - Bəlkə də siz mənə
inanmırsınız, amma MirHəmid proqnozlarında səhv etmir və
o, siz dediyiniz bu "yeddinci hiss"inə çox maraqlı bir ad
qoyub: "ölüm qoxusu".
Bu sözü eşidən an, qeyri-ixtiyari olaraq çarpayımda dikəldim
və qadınların səsini daha da aydın eşitmək üçün sözün əsl
mənasında quruyub-qaldım. Ancaq bir-neçə dəqiqə
qulaqlarıma heç bir səda gəlmədi. Nəhayət, naməlum qadın
asta səslə nə isə dedi. Mən onun bu sözünü çətinliklə
eşidərək, təəssüfləndim. O, artıq getməyə hazırlaşırdı.
Anamın isə cavabında "necə istəyirsiniz" - deyə,
kifayətlənməsini və dəhlizə doğru uzaqlaşan iki qadının ayaq
səslərini aydınca duydum. Amma taxta döşəmə üzərindəki
addım sədalarında nə isə bir qeyri-müəyyənlik olduğunu da
hiss etdim. Sanki otaqda Elmira xanım və naməlum
qonaqdan başqa daha kimsə yeriyirdi.
Yarım saat sonra yuyunub hamam otağından çıxanda, anam
dəhlizdə kiçik qardaşım Muradı rayon bazarına yola salırdı.
Nə danışdıqlarını eşitməsəm də, Elmira xanımın nəyi isə
dönə-dönə izah etməsindən, söhbətin nədən getdiyini
anlayırdım. Çünki illər öncə mən elə Murad yaşında olanda,
anam məni bazara yola salarkən, dəhlizdə eyni sözləri
təkrar edirdi və mən bilirdim ki, anamın gözəl xətti ilə
siyahıya alınmış hər bir şeyi almalı, cibimdəki puldan və ən
əsası özümdən muğayat olmalı idim.
Murad gedəndən sonra bir müddət mətbəxdən dəhlizə açılan
qapıya söykənib, güzgü qarşısında dayanaraq saçlarını
darayan Elmira xanıma tamaşa etdim. "Hər halda nə vaxtsa
qarşıma anam təbiətli bir qız çıxsa, yəqin ki, onu da anamı
sevdiyim tək sevərdim" - deyə, düşündüm. Çünki qadınlara
olan sevgim məhz anamdan başlayırdı.
Elmira xanım qırx yeddi yaşında olsa da, öz yaşından bir qə
dər artıq nəzərə çarpan xarici görünüşü vardı. Təbii ki, on
dörd il öncə həyat yoldaşını avtomobil qəzasında faciəli
şəkildə itirərək, tək başına iki oğul böyütmüş bir qadını
ancaq belə təssəvvür etmək olardı. Boyu o qədər də bəstə
deyildi. Düzgün üz cizgiləri və ona çox yaraşan kəsik, sarı
saçları var idi. İndi o, güzgü qarşısında məhz bu saçları ilə
məşğuldu. Mən elə düşünürdüm ki, anam məni görmür,
odur ki, səssizcə onun nə vaxt geriyə çevriləcəyini
gözləyirdim.
- Sabahın xeyir. - anam üzünü çevirmədən, güzgü vasitəsilə
məni salamladı - Niyə bayaqdan səsini çıxarmırsan?
- Elə bilirdim məni görmürsən. - gülümsəyərək dedim - Sə
nin də sabahın xeyir.
- Bu sözü səndən eşitmək, bilirsən necə xoşdur? - bu,
Elmira xanımın mənimlə zarafatı idi - Son vaxtlar ilk dəfədir
ki, səndən "sabahın xeyir" kəlməsini eşidirəm. - anam
üzünü çevirib asta-asta mətbəxə doğru yaxınlaşdıqda, onun
güzgüdəki əksinin get-gedə necə kiçildiyi diqqətimdən
yayınmadı - Bunu nəyə borcluyuq? Yoxsa tənbəlliyin daşını
atmısan, xəbərimiz yoxdur?!
- Xeyr, əzizim Elmira xanım, sizin səhərki qonağınızla olan
şirin söhbətiniz məni yuxudan oyatdı. Bir qədər ehtiyatla
danışsaydınız, mən hələ də şirin-şirin yatırdım.
- Hm... Əhvalatı eşitdin?
- Yox, tam eşidə bilmədim, amma nə isə maraqlı bir söhbətə
oxşayırdı.
- Hə, nə qədər maraqlı idisə, bir o qədər də vahiməli idi.
Anam bunu deyib, yanımdan keçərək mətbəxə daxil oldu. Elə
həmin an da, qaz plitəsi üzərindəki çaydan fit çaldı.
- Çay içirsən? - Elmira xanım plitəni söndürüb, mənə baxdı
- Nə olub sənə? Niyə belə fikirlisən? - deyib, əlindəki
fincanları masanın üzərinə qoydu - Deyirəm, bəlkə çay
içək?
Mən doğrudan da anamın ilk çay təklifini eşitməmişdim. Hə
qiqətən fikrim, səhərki naməlum qadının vahiməli
əhvalatında idi.
- Hə, hə, içərəm... - deyib, stol arxasına keçdim.
İki-üç dəqiqə aramızda heç bir söhbət olmadı. Bu vaxt ərzin
də isə Elmira xanım naxışlı fincanları pürrəng çay ilə
doldurub, mənimlə üzbəüz oturdu.
- Sən səhər qonağı yola salanda Murad harada idi?
- Mənim iş otağımda... - deyə, anam cavab verdi - Gecə gə
lib, orada yatıb. Ona görə mən qadını qonaq otağında qəbul
etməyə məcbur oldum... Niyə soruşdun ki?
- Siz otaqdan çıxanda, mən güclə eşidiləcək bir səsin iki nəfə
rin addım nizamını necə pozduğunu eşitdim, axı?! -
çayımdan bir qurtum alıb, fincanı yenidən masanın üzərinə
qoydum - Sanki, otaqda iki yox, üç nəfər yeriyirdi.
- Düz bilmisən. - anam təsdiqlədi - Minarə xanım səhər tək
gəlməmişdi. Ögey qızı Laləni də özü ilə gətirmişdi.
- Kimdir bu Minarə xanım? Mən onu tanıyıram?
- Deməzdim... - anam ayağa qalxıb, fincanı əlinə aldı - Dedi
yinə görə, T. kəndində yaşayır.
- Hə, onda tanımaram. - dərhal razılaşdım - O, deyəsən ağ
lamışdı?! Səsi titrəyirdi?!
- Yazıq ağlamasın, neyləsin?! Gecələr çox qorxulu yuxular
görür. Əsəbləri tamamilə pozulub. Danışdığı əhvalat da o
qədər vahiməli idi ki, az qala mən də ağlayacaqdım. Çox
qorxmuşdum.
- Bəlkə sən də məni qorxudasan? - deyə, anamdan dolayı
yolla eşitdiklərini danışmasını xahiş etdim.