4.Bölüm

5 1 0
                                    

Ertəsi gün səhər, Muradın səsi məni yuxudan oyatdıqda, ilk
öncə qardaşımın çağırışını qulaqardına vurdum, ancaq
təkrarlanan cümlədə Minarə adını eşidən kimi, yuxum
aldadıcı duman tək, elə o andaca çəkilib getdi.
Əynimi geyinib, Muradı da qabaqlayaraq cəld şəkildə
qapıdan çıxıb, hamam otağına keçdim. Qadınların səsi bu
dəfə Elmira xanımın pasiyentlər üçün ayırdığı yan otaqdan
gəlirdi. Sözə necə başlayacağımı götür-qoy edərək, güzgü
qarşısında da on-on beş dəqiqəyə yaxın vaxt itirdim.
Nəhayət, kiçik otağa yaxınlaşıb əvvəl qapını döydüm, sonra
isə dəstəyi burub, onu açdım.
- Hə, gəldin? - anamın dünənki həyəcanı hələ də
keçməmişdi, odur ki, məni görən kimi qeyri-ixtiyari olaraq
ayağa qalxdı - Keç, əyləş... - deyib özü də oturdu - Minarə
xanım, bu mənim böyük oğlum Nicatdır. BDU-nun hüquq
fakültəsinin üçüncü kurs tələbəsidir. - Elmira xanımın
mənimlə necə fəxr etdiyi, ilk tanışlıqdan mənim harada təhsil
aldığımı, qadına yersiz olaraq söyləməsindən açıq-aydın hiss
olunurdu. - Nicat, Minarə xanımı isə, sən artıq qiyabi də
olsa tanıyırsan.
- Hə, elədir. - deyib qonağımıza əl uzatdım - Bu kiçik
xanımımız da, deyəsən Lalədir, eləmi? Tanış olmağımıza
çox şadam.
- Mən də... - Minarə xanım güclə də olsa, gülümsəməyi
bacardı...
Onun gülümsəyərkən nə qədər əziyyət çəkdiyini hiss etmək
heç də çətin olmadı. "Görəsən, simasına bu qədər əzab
cizgiləri həkk olunmuş bir qadın, həyatı boyu heç ürəkdən
gülübmü?!" - deyə düşündüm.
Minarə xanımı mən elə bu cür də təsəvvür edirdim. Onun
otuz beş yaşı ancaq olardı. İri, badamı qara gözləri aydın
baxırdı. Şabalıdı, kəsik saçları isə çiyinlərinə tökülmüşdü. Üz
cizgiləri düzgün idi, ancaq alt dodağının bir qədər sallaq
olması, onun yeganə zahiri fərqliliyini nəzərə çarpdırırdı.
- Sizə mane olmadım ki? - söhbətə bu cür başlayacağımı
əvvəlcədən düşünmüşdüm - Əgər hələ də nə isə
danışacaqsınızsa, mən gözləyə bilərəm.
- Yox, ehtiyac yoxdur. - anam dərhal cavab verdi - Biz də
elə səni gözləyirdik. Minarə xanıma hər şeyi danışmışam. O,
səninlə məsləhətləşməyə razıdır.
- Lap yaxşı... - özünə güvəncli insanlar tək gülümsədim - O
zaman Elmira xanım, sizdən bir xahişim olacaq. Zəhmət
olmasa, Lalə ilə siz yan otağa keçin.
Anam heç bir kəlmə söz demədən Lalənin əlindən tutub,
otaqdan çıxdı. Mən isə anamın bayaq oturduğu yumşaq
qoltuğa keçdim. İndi Minarə xanım mənimlə üzbəüz
oturmuşdu.
- Mənimlə məhz nə haqda danışmaq istəmisiz? - qadın
söhbətə birinci başladı - Buyurun, nə sualınız varsa, verin.
- Hələ ki, elə bir konkret sualım yoxdur. - deyə cavab
verdim - Siz əhvalatı başdan danışın, mənim nə sualım
olsa, dərhal verəcəyəm.
- Axı, Elmira xanım deyir ki, siz əhvalatdan xəbərdarsınız?
- Anam düz deyir. O, mənə bəzi məsələlərdən bəhs edib,
amma mən başınıza gələnləri, ögey qızınız Lalənin olmadığı
şəraitdə bir daha eşitmək istəyirəm.
- O, otaqda qalsa da olardı. - qadın çiynini çəkdi - Lalənin
burada olub, ya olmaması heç nəyi dəyişməyəcəkdi.
- Siz məni düzgün başa düşmədiniz. - Minarə xanımın nəyə
görə belə düşündüyünün əsl səbəbini bilmədən dedim -
Mən əminəm ki, dünən anama da əhvalatı elə olduğu kimi
danışmısınız.
- Siz mənə kömək edəcəksiniz?
- Bacardığım qədər, hə... Amma ilk öncə siz mənə hər şeyi
gərək lap əvvəldən danışasınız. Məsələn, bu ailəyə necə
düşdüyünüzdən başlayın.
Minarə xanım bir dəqiqəyə yaxın susdu. Sanki söyləyəcəyi
ifadələrin ardıcıllığını qoruyaraq, onları beynində yerbəyer
edirdi. Mən isə səbrlə gözləyirdim.
- Nərimanla dörd il bundan qabaq ailə qurmuşduq. -
nəhayət, qadın dilə gəldi - Övladımız dünyaya
gəlmədiyindən, ilk həyat yoldaşım Faiqdən altı il idi ki,
ayrılmışdım. V. kəndindəki uşaq bağçasında işləyirdim. Elə
Nərimanla da orada tanış olmuşdum. O, Laləni hər gün
bağçaya gətirib, sonra da gəlib aparardı.
- Çox üzr istəyirəm, demək siz Nərimanla tanış olanda,
Mahirə hələ ki, həyatda imiş?!
- Hə, onda Mahirə hələ itkin düşməmişdi.
- Bir sual da verəcəyəm, amma məni düzgün başa düşün.
Nəyə görə Laləni Mahirə yox, məhz atası bağçaya gətirirdi.
Sizcə bunun səbəbi nə idi?
- Nə demək istədiyinizi anladım. - Minarə xanım gözlərini
məndən qaçıraraq, gülümsədi - Siz düşünürsünüz ki,
Nəriman ora hər gün mənə görə gəlirmiş?! Ola bilər ki,
haqlısınız, amma onun başqa çarəsi yox idi. Mahirə həm də
epileptik olduğundan, Nəriman onu heç yerə tək
buraxmazmış...

Çəhrayı zolaqlı varlıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin