11- Sponsor.

89 17 3
                                        

Salam hər kəsə ! Necəsiniz ? Əvvəlcə onu soruşmalıyam ki , "Araza qədər" adlanan yeni kitabımı kitabxananıza əlavə etmisinizmi ? Etməmisinizsə , profilimdə əziz sadiq oxucular tərəfindən oxunmağı səbirsizliklə gözlədiyini deməliyəm. Kitab sistemləşdirilib hər həftənin şənbə günü yeni bölüm gələcək. Bölümdən bəhs etmişkən , sistemləşdirmək işini bu kitaba da tətbiq etdim sizə hər bazar günü yeni bölüm əlavə olunacağı xəbərini sevinclə verirəm. İndi isə sizi kinomanlarla təhvil verirəm , xoş oxumalar! Növbəti həftənin bazar günü görüşənədək.

                  

Vətən:

-          Aktyor heyəti.

Elçin :

-          Çəkiliş heyəti.

Mən :

-          Montaj.

Əhməd :

-          Maliyyə.

Vətən :

-          Paltarlar.

Elçin :

-          Çəkiliş əraziləri.

Mən :

-          Qrim.

Əhməd :

-          Maliyyə.

Elçin :

-          Səsyazma studiyası.

Vətən :

-          Musiqi siyahısı.

Mən :

-          Çəkiliş dekorları.

Əhməd :

-          Maliyyə.

-           Daha nə qədər maliyyə deyəcəksiniz görəsən ? – Vətənin ssenarini əlimdən almağa çalışarkən üzündəki ifadə ilə halhazırda Əhmədə baxan üz eyni idi.

-          Pulsuz bu dediklərinizin heç birin edə bilməyəcəyinizi nə vaxt başa düşəcəksiniz görəsən ?

-          Universitetimizdəki sosial bazadan istifadə edərək bir çox işləri könüllü həyata keçirməyə çalışacağıq , Əhməd. – Elçin səbrlə artıq neçənci dəfədir ki , eyni cümləni təkrar edirdi.

-          Qısametrajlı filmə nə qədər maliyyə lazım ola bilər ki ? – mən də bu cümləni təkrarlayıb dururdum.

-          İndiyə kimi heç hansısa filmin büdcəsi ilə maraqlanmısız ? – Əhməd kepkasını arxaya doğru fırladıb soruşdu.

1,2,3 ! Başla!Where stories live. Discover now