21- Nişan.

68 12 11
                                    




            

Huhu. Necəsiz , canlar ? Bu da yeni bölüm. Xoş oxumalar.





Bu gün yenə bir şey üçün çox çalışıb heç nə əldə edə bilmədiyim günlərdən birində idim. Aynurun nişanı artıq milli məsələyə çevrilmişdi. Bayramdan bu yana həmin gün üçün çalışırdıq demək olar. Necəmi ? Anam hardansa deməyəcəyəm çünki bura kiçik bir rayondur və hər şey çox tez yayılır Aynurun yaxşı ailəyə gəlin gedəcəyini öyrənmişdi.  Ona görə də bir ümid hələki nədənsə yarımamış qızı olan mənim bəlkə bu nişanda kiminsə xoşuna gəlməyimi ümid edirdi. Hətta iş o yerə çatmışdı ki , məni səhər tezdən salona göndərib saç-makyajım üçün pul da vermişdi. Son dəfə bunu etdirəndə son zəngim idi. Yəni 3 il əvvəl. Əlbəttə ki , mən – bəxtsiz Nazənin salondan da nəticə ala bilməmişdim. Saçıma istədiyim su dalğası forma tam olaraq gözlədiyim kimi olmamışdı. Saçıma o qədər lak vurmuşdular ki , sulu görünürdü. Ancaq buruqlar heç də dalğa kimi deyildi. Və mənim nəzərdə tutduğum su dalğası qətiyyən bu deyildi! Ona görə də evə qayıdıb saçımı yumuş , özündən dalğalı olan saçlarıma heç nə etməmişdim. Üzümün makyajını isə özüm etmişdim , qonşudan gözümə sürməni düzgün çəkməsi üçün çağırdığım qızı çıxmaq şərti ilə. Saçım kəsiksiz , bir az dalğalı , rəngində hansısa çəkicilik olmayan qara və qəhvəyinin ortasında bir rəngdə idi. Adətən yandan ayırırdım belimdən bir qədər yuxarda bitən saçlarımı. İllərdir bu saçla gəzirdim , nə toplayırdım , nə kəsdirirdim , nə də boyadırdım. Çünki mən özümü belə sevirdim.  Bu əlbəttə ki bir zarafat idi. Sadəcə özümdə dəyişiklik etməyə cəsarət etməyəcək qədər kompleksli idim. Bəzən acı halda özümə baxarkən Elçin məni niyə görsün ki deyə düşünürdüm. Haqsız da sayılmazdım. Diqqət çəkməyən geyim tərzi , çox hündür sayılmayan 160lardakı boy , çox gözəl olmayan üz cizgiləri və illərdir dəyişməmiş saç stili. Mənim kimi qızlardan şəhərdə çox idi. Elçinin diqqətin heç vaxt xarici görünüşümə görə çəkə bilməyəcəkdim. Bu gedişlə heç daxilimə görə də. Çünki daxilən Əhmədlə yaxın olduğumu düşünürdü! Yenə hər şeyi korlayan Əhmədi xatırladım.  Deyəsən , Şəfiqənin anası da mənim anam kimi qızı haqqında təşvişə düşmüşdü , çünki gəlinin bacısından bir az sadə olmuşdu bu gün. Aynura gəldikdə isə onsuzda bir şey etməsi lazım deyildi. Sadə ikən bizim bəzənmiş halımızdan gözəl idi. Qaldı ki , makyaj edəndə necə olur. Onu da təsvir etmək olmurdu.

Aynurgilin ikimərtəbəli evinin ikinci mərtəbəsi nişan üçün hazırlanmışdı. Aynabənddə uzun bir stol açmışdılar. Biz isə Aynurla birlikdə bəy gələnə kimi içəri otaqda oturmuşduq. Aynurgil evlərinin ikinci mərtəbəsini bəzək üçün tikmişdilər. Digər bir çox rayon evlərində olduğu kimi. Ona görə də evin ikinci mərtəsində isitmə sistemi yox idi! Və biz donurduq!

-          O donun üstündən geyindiyin kurtkanı nə vaxt çıxaracaqsan , Nazənin ? – Şəfiqənin saçı üzünə yaraşmamışdı. Çünki həm boyu , həm üzü , həm də üz cizgiləri uzun idi. Bu saçla daha da uzun görünmüşdü. Bəlkə də özünü  belə daha gözəl hiss edirdi. Kim bilə bilər ?

-          Aynurun sobası otağı bir az da olsa qızdıra biləndə , - düzü , bunu Aynurun üzünə vurmaq istəmirdim. Ancaq həqiqətən çox üşüyürdüm. Otaqda iki yatağın üstündə üst-üstə yorğan döşək qoymuşdular. Əlimdə olsa , ordan bir yorğan götürüb üstümü örtərdim.

-          Naz , bilirsən , belə olsun istəməzdim. Ancaq biz yuxarını çox istifadə etmirik.

-          Sən ona fikir vermə , Aynur. Sizin evdə ancaq atanın uşaq hazırladığı otaqda yanmır soba? – Şəfiqəyə tərs-tərs baxdım. Ancaq alındığından əmin deyildim.

1,2,3 ! Başla!Where stories live. Discover now