22- Serbest iş.

86 8 1
                                    




Bayramınız mübarək , canlarım! Sizi daha möhtəşəm günlərin gözlədiyi gözəl bir il olsun inşallah. Mən bu yeni ilə yeni bölüm yayımlayaraq girirəm. Görək nə qədər effektiv olacaq?) Multidə məsləhətli mahnı var. Bu mahnını obrazları təsəvvür etdiyim universitetin tələbələri çəkib. Ümid edirəm siz də bəyənərsiniz. Hər kəsə xoş oxumalar. 



Budəfəki rayon səfərim indiyə kimilərdən çox fərqli olmuşdu. Aynurun nişanının bu cür maraqlı olacağını düşünməmişdim açığı. Əslində çox da maraqlı sayılmazdı. Maraqlı edən şey daha çox bəyin gözlənilməz qardaşı idi. Bir-neçə gün içində Aynur , mən və Şəfiqə yenidən evimizə qayıtmışdıq. Çünki imtahanlarımız başlamışdı. Nişandan gələndən bəri Aynurun nişanın detallarından danışmasını dinləyirdik. Necə də xoşbəxt idi. Bəzən Şəfiqə bu söhbətlərinin dərslərinə mane olduğunu deyirdi. Deyəsən , qısqanclıqdan edirdi. Aynurla Əhməd haqqında danışmaq istəyirdim. Ancaq hələki imkan olmamışdı. Aynur divanda uzanıb telefonundan nəsə oxuyurdu. Son zamanlar dərsin şəkillərini çəkirdi ki , telefonundan oxusun. Çünki bütün gün nişanlısı ilə mesajlaşdığı üçün belə etmək onun üçün daha əlverişli idi. Bu qədər illər boyunca özünü şüadan qoruduqdan sonra ümid edirəm ki , imtahandan kəsilməzdi. Çünki nəsə oxuduğundan əmin deyildim. Şəfiqə isə səhbaya söykənib şparqalka düzəldirdi. Ancaq bunu heç vaxt boynuna qoya bilməzdik. Düzü , heç üzünə vurmaq kimi bir niyətimiz də yox idi. Mənsə , dərs materiallarımın yanına bir fincan kofe qoyub şəklini çəkməyə çalışırdım. Şəkli sosial şəbəkələrə yükləyib sessiyaya üsyan edən başlıq yazacaqdım. Bir gözüm isə Aynurda idi. Telefonu yerə qoyan kimi suallarımı soruşacaqdım. Və deyəsən elə bir niyyəti yox idi.

- Qaynatan nə işlə məşğuldur , Aynur ? – Şəfiqə durduq yerdə bu sualı verəndə içimdən ona təşəkkür etdim.

- Biznesmendir , əvvəllər dövlət işində işləyib. - Aynur gözünü telefondan ayırmadan dedi.

- Bəs qaynanan ?

- Həkimdir. Əsl həkim , - Aynur bunu deyəndə Şəfiqənin üz ifadəsi dəyişdi . Bilərək ya da bilməyərək hər zaman bizdən yüksək balla oxuduğu üçün bizi əzən Şəfiqə üçün gözəl cavab olmuşdu.

- Qaynın bəs ? – Əhməd haqqında qızlara danışmışdım. Ancaq o Əhmədin bu Əhməd olduğunu hələki demək istəmirdim.

- Qaynım kimdir ? – Heç təəccüblü deyil ki , Aynur qayın sözünün mənasını bilmirdi. Bəlkə də qaynının kim olduğunu bilmirdi.

- Nişanlının qardaşı.
-          O hansı oğlan idi ki ? Sən tanıyırsan , Nazənin ? – Heç kim orda Əhmədi bu da bəyimizin qardaşı deyə təqdim etməmişdi ki. Mən indi niyə qaynını soruşdum ki ?

- Toğrulun yanında oturmuşdu da. Ona da oxşayırdı elə.

- Hə. Əhmədi deyirsiz , - Aynur nəhayət telefonu yerə qoyub bizə dönmüşdü. İçimdən bir səs Əhmədin övladlıq olduğunu deyirdi.

- Əhməddi adı ? –Soruşdum.

- Nədir , Nazənin? Olmaya gözün düşüb , - Məni ona yaraşdırmayan bir sən qalmışdın , Şəfiqə.

- Nə əlaqəsi var ? Elə-belə soruşdum.

- Qardaşı Toğrul kimi deyil. Toğrul bəzən mənim yanımda zəng edirdi neçə dəfə cavab vermirdi. Evə də çox gəlmir. Bir az avaradır , - Aynurun belə deməsi məni heç təəccübləndirməmişdi.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 11, 2018 ⏰

Add this story to your Library to get notified about new parts!

1,2,3 ! Başla!Where stories live. Discover now