Nə ? Təzə bölümmü? Zövqlə oxuyacağınız bir bölüm olması ümidi ilə. Multiyə də yazarkən dinlədiyim bir yaxşı mahnını atmışam. Buyrun dinləyərək oxuyun.)
- Nişanlanıram ! – içəri girən bir ədəd Aynur yüksək səslə dedi.
- Nişanlanmaq nədir bilirsən də , Aynur ? – Şəfiqə əlində çay stəkanı ilə divana yaxınlaşarkən dedi , - barmağına üzük taxan adam olur bir nəfər onla sonra evlənirsən.
- Əlbəttə , bilirəm. Mən Toğrulla nişanlanıram ! Bu gün bizə elçi gedib valideynləri. Nişan tarixini müəyyənləşdirmək qalıb.
- Mən hələ də sənin sevgilinin əslində var olmadığına , gözünə göründüyünə inanırdım. Nişanlanacam deyir , - Şəfiqə , ən azından yalandan sevinmiş kimi edə bilərdin.
- Təbrik edirəm , Aynur. Sənin adına çox sevindim , - həqiqətən nişanlanırdı , Aynur ?
- Çox sağ ol , Nazənin , sənin üçün olsun. Sənin üçün əvvəl-axır olacaq , ancaq Şəfiqədən əmin deyiləm. Gedim əynimi dəyişim. – Başqası bunu desəydi dava çıxması ehtimal bir hal olardı. Ancaq deyən Aynur idi. Aynura da nə deyəsən ki ?
- Naz , Əhmədin axrı nə oldu ? – Şəfiqə soruşdu. Normalda heç kimlə maraqlanmazdı və mənə Nazənin deyərdi. İndi niyə maraqlanmışdı ki ?
- Danışmışdım. Ən son Vətən ona kəllə vurandan sonra onu görməmişəm. Dərsə çox gəlib-getmir.
Aynur əlində telefonla geri qayıtdı. Telefonu bir an olsun əlindən yerə qoymurdu. Əvvəllər telefondan mənim xahişimlə ancaq Elçinin səhifəsini stalklamaq və valideynlərinə günün sonunda sağ olduğunu bildirmək üçün istifadə edirdi. İndi isə bütün gün sevgilisi ilə mesajlaşırdı.
- Qızlar , - Telefonunu bizə uzatdı , - Bu necədir sizin fikrinizcə ? – ekranda Aynurun əynində mavi uzun don var idi. Yanında da deyəsən bəy nümayəndəsi.
- Oğlanı deyirsən yoxsa paltarı ? – Şəfiqə ekrana baxarkən soruşdu.
- Toğrulu görməmisiniz ki ? Bir dəqiqə , - Aynur telefonda "A ürək T" adlı qovluğa girdi. Daha əvvəl bu şəkilləri bizə niyə göstərməmişdi deyə düşünürdüm. Ancaq şəkillərin çoxu yeni çəkilmiş kimi idi.
- Paltarın qəşəngdir. Nişana belə bir şey fikirləşirsən ? – Nişanlısına baxarkən paltarı haqqında fikir bildirmişdim. Çünki bir az qısqanmışdım. Azacıq. Çox yox.
- Hələ nişanlanmamısınız , bir şey etməmisiniz ? Niyə şəkil çəkdirirsən xalxın oğluyla. Ya sonra bu şəkilləri montaj eliyib səni şantaj eləsə ? – Aynurla sakitcə Şəfiqəyə baxdıq. İnsan qısqandığını bu qədər bildirməz.
- Qış tətilində nişanlanacağıq. Siz də dəvətlisiniz , qızlar , - Aynur həm çox xoşbəxt idi , həm də çox mal. Ona görə Şəfiqəyə fikir vermədi. Mən olsam , Şəfiqəni çağırmazdım. Düzü , ayıb olmasın deyə çağırardım.
- Bu oğlanı kiməsə oxşadıram ancaq bilmirəm kimə. Mənə kimisə xatırladır , - qəribə bir halda oğlan mənə çox tanış gəlirdi. Şəkillərə baxdıqca daha çox.
- Oğlan müstəntiqdir , Nazənin. Sən onu hardan tanıya bilərsən ki ? Sənin təbəqəndən biri deyil , - Şəfiqə yenə möhtəşəm idi.
- Sanki sənin təbəqəndən biridir axı , - Şəfiqənin nə deyəcəyini bilirdim. Heç nə deməyəcəkdi. Cavab tapa bilməyib çıxıb gedəcəkdi. Elə də oldu.
ESTÁS LEYENDO
1,2,3 ! Başla!
HumorEyni universitetin 4 fərqli fakültəsində oxuyan Əhməd , Vətən , Nazənin və Elçinin yolları təsadüfi və planlanmış cəhdlərlə kəsişir. Nə bir tanışlığa , nə də ortaq cəhətlərə malik olmayan bu gənclərin qarşısında duran tək məqsəd - kino çəkməkdir. İş...