16- Əhməd haradadır ?

140 16 6
                                    




Salam , canlar ? Multidə gözəl yerli filmlərimizdən olan "Əhməd haradadır?"dan bir fragment var. İstəsəniz baxarsınız. Xoş oxumalar və gələn bazar görüşənədək.)

           

İsti çəkmələrimi almışdım , ev kirayəsində sıxıntı yaşamağa başlamışdım , imtahana giriş ballarım yavaş-yavaş bilinirdi , havalar soyuyub deyə anama hər gün papaqla şəkil çəkdirib göndərmək , sonrasında isə papaqsız dərsə getmək sezonum da açılmışdı , Aynur sevgilisi ilə işləri çox irəliyə aparmış , Şəfiqənin paxıllıq hissi keçməyə belə üz tutmuşdu , ancaq Əhməddən hələ də xəbər-ətər yox idi. Mənə istədiyim vaxt istədiyim yerə girib-çıxa bilərəm demişdi. Deyəsən , həqiqətən elə idi. Çünki o istəmədiyi müddətcə onu tapa bilməyəmizi artıq anlamışdıq.

-          Nazənin ,tətbiqi riyazıyyatın uşaqlarına baxdın ? – Elçin masasının üstünə qoyduğu qovluqların içində itmişdi az qala.

-          Baxdım.

-          Bəlkə məzunlardandır? – Saçını qarışdıraraq soruşdu. Onu son zamanlar çox narahat görməyə başlamışdım. Nəhayətki Əhmədin ortadan itdiyini anlamışdı deyəsən.

-          Məzunların blankını da saxlayırsınız ? – Baxışlarımı qovluqdan ayırıb soruşdum.

-          Saxlamırıq , mən saxlamıram yəni. Of , bəlkə məndən əvvəlki sədr saxlayırdı ? Bilmirəm. Arxivə düşməliyəm , - Elçin narahat deyildi , Elçin dağılmış , hissələrə bölünmüşdü və mən 3 illik stalklama performansım ərzində onu ilk dəfədir belə görürdüm.

-          Tətbiqi riyaziyyat bitdi , - samanlıqda iynə axtarırdıq. Tələbələrin kluba üzvlük blanklarından Əhmədi tapmağa çalışırdıq. Nə fakültəsini , nə də soyadını bilmədiyimiz Əhmədi.

-          Çıxmadı hə ?

-          Yoxdur , yoxdur , yoxdur , - Vətən pərişan halda qapını açıb otağa daxil oldu.

-          Hansı fakültəyə baxırdın , Vətən ? – Elçin ümidsizcə soruşdu.

-          Tətbiqi riyaziyyatdakı Əhmədlərin heç biri o xeyirsiz deyil , - bir-neçə gündür mən blanklardakı Əhmədlərə baxırdım , Vətən və Elçin isə həmin Əhmədlərin kim olduğunu yoxlayırdı.

-          Əhməd demişdi ki , - cümlənin başlığı ilə Elçin və Vətən mənə döndülər , - istədiyim vaxt istədiyim yerə girə bilirəm , yəni məncə ortaya çıxması üçün tək etməyimiz lazım olan oturub nə vaxt gəlmək istəyəcəyini gözləməkdir.

-          Nazənin , semestr bitir , ancaq bu uşaq yoxdur , hardadır bu Əhməd , necə oturub gözləyə bilərik ki , çıxsın ortaya ?

-          Əvvəl-axır gələcək bu universitetə. Yoxsa qayıbdan kəsiləcək , - Vətən Elçinə dedi.

-          Çoxdan kəsilib , məncə. Kəsilməməsi mümkün deyil. Ancaq başqa bir şey mümkündür , - Nəzrin eynəyi əlində içəri daxil oldu. Elçinin mənə səsin yüksəltməsi də nəzərimdən qaçmadı.

-          Nədir o ? – Elçin əli belində soruşdu.

-          Ya ümumiyyətlə bu universitetdən deyilsə ? Onu heç dərsdə oturarkən görmüsünüzmü ? – Bu çox ağır və yerində sual idi.

-          Mən ancaq bufetdə görmüşəm açığı , - o birilər nə deyəcəkdi düşünmədən sözümü söylədim , çünki ən başından o uşaqdan xoşum gəlməmişdi – bir də otaqda stolunun altından çıxanda.

1,2,3 ! Başla!Où les histoires vivent. Découvrez maintenant