19- Maşennik yığını.

80 12 4
                                    

Salam , canlar.) Ard-arda bölüm paylaşa bildiyimə özüm də inana bilmirəm. Ancaq bu həqiqətdir. Lap "mal və daha mal"ı yazdığım ilk günləri xatırladım. Multidəki video da maşennik deyəndə ağlıma gəldi sadəcə ona görə qoydum.  Sizə xoş oxumalar.)


Əhməd məndən bir-neçə addım uzaq məsafədə idi. Birlikdə klubun qarşısında dayanmışdıq ki , Elçin gəlib qapını açsın. Elçinə zəng edəndə telefonu "Bəli , Naz" deyə açmışdı. Əhməd nəhayətki bir işə yaramışdı. Dediyinə görə hardasa universitet yaxınlığında bir yerdə idi. Vətən və Nəzrin isə başqa yerdəyik demişdilər. Ancaq içimdən bir səs onların Elçindən daha tez gələcəklərini söyləyirdi.

- Biz səni ilk dəfə görəndə bu otağa necə girmişdin ? Yenə qapını elə açsan olmaz ? Bezdim dayanmaqdan , - əlimə fürsət düşmüşkən Əhmədin bu fağır vaxtlarından istifadə etməli idim.

- Səncə , həmin gün mən hara girdiyimin fərqində idim ? – ola biləcək ən qıcıqlandırıcı ifadə ilə cavab verdi.

- Arxanca gələnlər səni tapdılar sonra ?

- Səninkilər nə vaxt gələcək ? – bu dəfə bir qədər mülayim idi.

- Nə bilim.

Həqiqətən uzun müddət klubun qabağında dayanmalı olmuşduq. Mədəniyyət klubu yazısına o qədər baxmışdım ki , başqa istiqamətə başımı çevirəndə də gözümün qabağına gəlirdi. Əlimdən gəldiyi qədər Əhmədə baxmamağa çalışırdım. Ancaq onun elə bir problemi yox idi deyəsən. Gah köhnə model telefonunda ilan oynayır , gah kepkasını fırladır , gah da mənə dik-dik baxırdı. Metroda gedəndə xoşuna gəlməyən tip oğlan bütün yol boyu sənə baxır , sən də baxışlarını üstündə hiss etdiyin üçün narahat olarsan , eyni o vəziyyətə düşürdük həmin anlarda. Növbəti dəfə ətrafıma baxanda üfüqdə Elçin nəhayət görünürdü. Ya da gözümə görünürdü. Yox , bu həqiqətən Elçin idi. Uzun boy , səliqəli geyim , model kimi yeriməyi və bütününü əmələ gətirən yaraşığı. Bu Elçinin özü idi. Ancaq adətən üzünə hakim olan o gülüşü halhazırda yox idi. Səbəbini anlamaq çətin deyildi əslində. Elçin bizə yaxınlaşarkən daha da sürətlənmişdi. Hazırlaşıb salam verəcəkkən mənə fikir vermədən Əhmədin qabağına gəldi. Və an içində Əhmədin üzünə yumruğu vurmuşdu. Bu da görəsən gözümə görünmüşdü yoxsa həqiqətən Elçin kiməsə vurmuşdu?

- Universitet , - Əhməd deyəsən növbəti zərbənin də gələcəyini hiss etmişdi ki , qabağından qaçıb mədəniyyət klubu yazısına tərəf keçmişdi , - universitetin içində dava eləmək yaraşmaz sənə , - yumruğun təsirindən əli ilə ağzını tutmuşdu. Əlini ağzından çəkəndə dodağının kənarı bir az partlamış və qan axırdı , - bu dəqiqə mühafizə gələ bilər. İçəridə dava etmək olmaz.

- Çöldə görəcəksən gününü! – Elçin keçən dəfə belə deyildi. İndi deyəsən əsəbi bir araya yığılmışdı.

- Məni bura vurmağa çağırıbsız ? – Sual mənə deyildi çünki Elçinə baxaraq demişdi.

Elçin cavab vermədən əlini saçlarının içindən keçirdi. Çox əsəbi görünürdü. Nə gözəl əsəbləşirdi axı. Diqqətimi başqa bir şey çəkmişdi. Əhməd Elçindən qısa idi. Və bu yumruq onun üçün gözlənilməz sayılardı. Ancaq Vətən kimi cılız bir oğlana da qarşı durmamışdı. Bu uşağın deyəsən döyülməkdən xoşu gəlirdi.

- Sən mənim kariyeramı məhv etmisən xəbərin var ? – Elçin indi özünü ələ ala bilmişdi. Yenə də səsi olduqca əsəbi gəlirdi.

1,2,3 ! Başla!Onde histórias criam vida. Descubra agora