2-Bextsizliyin şkalası.

195 33 14
                                    







Bəxtsizliyin bir həddi var idimi görəsən? Ya da bir şkalası? Əgər  var idisə,ən yüksək göstərici ancaq mən ola bilərdim. Mən yəni, bəxtsiz Nazənin. Bəxtsizlərin qabaqda bayraq daşıyanı olan Nazənin. Mən üç il boyunca uzaqdan izlədiyim adamla sonunda bir ortaq cəhət tapım, onu da gəlsin Vətən bölsün. Vətən bölünməz idi bəs? 

"Bu yenə niyə transa keçib?" Şəfiqə əlində çörəklə içəri girdi. Qapını çox gümanki Aynur açmışdı.Indi Şəfiqə  gəlib nə olduğunu soruşacaq danışanda əsəbləşib fikir vermə deyəcəkdi. Ona görə də danışmaq istəmirdim.

"Bilmirəm ki." Aynurun fikri yenə çöldə cəh-cəh vuran bir quşun yanında idi deyəsən. Çünki gələndən mənə fikir verməmişdi.

"Mən gedirəm yatmağa."

"Hara gedirsən, Naz? Hələ bişirdiyim yeməkdən yeməmisən."

"Gecəniz xeyrə." Şəfiqə ilə eyni otaqda yatırdım. Ona görə də qapını çırpıb otağa keçmək şansım çox yox idi.

"Elçinlə bağlıdır?" Şəfiqə əlindəki çörəyi səhbaya qoyub divanda oturdu. Aynur ayaq üstündə dayanıb danışmağımı gözləyirdi.

"Bəli. Elçin məsələləri ilə də sizi narahat etmək istəmirəm artıq."

"Onsuzda kifayət qədər narahat etmisən, Naz. Gəlib danışa bilərsən yenə də." Aynur necə bu qədər açıq sözlü ola bilirdi? Əslində danışmaq istəyirdim. Danışmaqdan başqa çarəm və bu iki qızdan başqa danışacağım insan da yox idi.

"Ssenarimi bəyənib Elçin." Şəfiqə və Aynur təəccüblə bir-birlərinə baxdılar. "Adam jurnalistikada oxuyur. Yaxşı ssenaridən başı çıxır."

"Bu ki yaxşı xəbərdir. Sənin niyə kefin yoxdur?" Aynur gözləri qıyılmış mənə baxırdı.

"Əslində hər şey elə gözəl idi ki. Otağının qabağında dayanmışdım. Gəldi mənə yaxşı görünürsən dedi. Birinci kurs da zənn etdi , ancaq yaxşı görünürsən demişdi düzdü hə?"

"Mümkünsüz deyə bir şey həqiqətən yox imiş. 3 il sonra səni axırki gördü uşaq." Aynurun açıqözlülüyü ilə Şəfiqəninki eyni deyildi. Çünki Şəfiqəninki incidirdi!

"Dayan, Şəfiqə. Bəs hər şey bu qədər gözəldirsə , problem nədədir?"

"Sonra Vətən gəldi. "

"Vətən hər şeydən əvvəl gəlir." Şəfiqə danışdı yenə . "Bizim vaxtımızda elə idi yəni."

"Dayan Şəfiqə. Vətən gəldi nə deməkdir ki, Naz?"

"Vətən adında bir uşaq gəldi. O da iştirak etmək istəyirmiş. Və bilirsiniz nə oldu? Bizim bu seçici Elçin ona da xoş gəldin dedi." Qızlar bir az sakit qaldılar. Sonra da heç nə demədən öz işlərinə qayıtdılar. Bir qədər sonra yemək üçün birlikdə oturmuşduq. Hamı niyəsə çox fikirli kimi idi.Əlbəttə bunu qabları yuyacaq halda deyiləm deyə edir də ola bilərdik. Ancaq mən bunun üçün etmədiyimi bilirdim.

"Sənin bu Elçinin kino işi nə məsələdir? Yəni  bunu niyə edir ki?" Şəfiqə yeməyindən yeyə-yeyə danışırdı. Doğurdan düşündüyü şey bu idi?

"Nə bilim."

"O nəyin sədridir demişdin?"

"Mədəniyyət klubunun." Aynur cavab vermişdi. "Səhifəni mən izləyirəm bilirsiniz ki."

"Nə işə baxır bu klub?"

"Əvvəllər universitetdəki tədbirləri , incəsənətlə bağlı layihələri bunlar həyata keçirirdilər. Hətta çox sayda özfəaliyyətləri olub. Yazıçılarla görüş , rəssamlıq sərgisi kimi. Ancaq bu ildən demək olar heç nə etmir. Səhifədən də ancaq bayram təbriklərini yazmaq üçün istifadə edirlər." Aynur danışmışdı yenə. "Niyə elə baxırsınız? Səhifəyə mən nəzarət edirəm."

1,2,3 ! Başla!Où les histoires vivent. Découvrez maintenant