Salam hər kəsə , nəhayət yeni bölüm) yeni örtük şəklimizi bəyəndinizmi ? Şəkil üçün dəyişməz cover ustası adlijoz-a təşəkkürlər. Multidəki mahnı tənbəl Elçinə aiddir. Xoş oxumalar.)
- Dekanatlıqdan səni çağırırlar , Elçin.
Elçin adını eşidəndən sonra bayaqdan başını qaldırmadığı telefondan gözlərini çəkib ona səslənən uşağa baxdı:
- Kim çağırır ?
Xəbəri verən uşaq çiyinlərini ataraq otağa keçdi. Elçin narazı üz ifadəsi ilə ayağa qalxdı. Otaqdan çıxarkən birinci partada oturan qıza dedi:
- Özün bilirsən də , dekan çağırır.
- Guya dekan çağırmasa , girəcəkdin dərsə ?- qız sifətini buruşdurub cavab verdi.
- Asan deyil idarəçilik işləri. – Elçin qıza əhəmiyyət vermədən gülümsəyib otaqdan çıxdı.
- Mənim o qədər işim-gücüm var. Siz elə bilirsiniz çox asandır fakültənizi idarə etmək. Səndən əvvəl bir qrup birinci kurs gəlib soruşur imtahanların tarixi nə vaxt çıxacaq ? Mən imtahan tarixi təyin edirəm ? Bu idarəetmədə başdan problem var. Uşaqlar kim nə işə baxır bilmirlər. Elə ancaq dekanı tanıyırlar , bir şey olan kimi mənim üstümə gəlirlər. Elçin , başa düşürsən ? Mənim vaxtım yoxdur. Mən məşğul ola bilmirəm . Mən hər yerə çata bilmirəm. Bağrım çatlayacaq axırda elə bu otaqda.
Elçin otağa girdiyi andan bəri orta yaşlı , bir az dolu görünümü və hər daim gülümsəyən üz ifadəsi ilə ciddi görünə bilməyən dekanının şikayətlərini dinləyirdi.
- Başa düşürəm , əlbəttə.
- Bax , mənim atam bu universitetdə işləyib , mənim babam da bu universitetdə işləyib , mənim özüm də burda işləyəcəyimi bilirdim. Və burda işləyirəm. Mən sənin atanı çox yaxşı tanıyıram. Məndən aşağı kursda oxuyurdu , ancaq çox bacarıqlı oğlan idi , bundan xəbərim var idi.
Elçin dekanlarını birinci kursdan yaxşı tanıyırdı. Əgər söhbətə təriflə başlayırdısa , mütləq ardınca danlaq gələcəkdi. Hansı mövzuda danlanacağını isə az-çox başa düşürdü.
- Bəli , təşəkkürlər. Atam da sizin haqqınızda gözəl sözlər danışır.
- Hə , mən də inanıram ki , sən də atan kimi çox yaxşı jurnalist olacaqsan. Daha doğrusu , sözüm ondadır ki , əvvəl daha çox inanırdım. Yox , indi də inanıram , ona söz yox. Ancaq əvvəl daha çox idi inancım.
Elçin qolundakı qolbağı sıxmağa başladı. Bu söhbəti artıq bir dəfə onunla etmişdilər. Ona görə də gedişatın nə olduğunu təxmin edirdi.
- Klubun vəziyyəti necədir ? Səndən iki nəsil əvvəlki sədr öz şəxsi proqramını aparır artıq tv-də. Ona baxanda necə fərəhlənirəm bir bilsən. Onun vaxtında belə deyildi o otaq. Sənə verdiyimiz otağa girmək olmurdu heç. Tədbirlər , sərgilər bir-birinin ardınca. Elə bil İncəsənət Universitetində fəaliyyət göstərirdi klub. Bu sosial baza universitetimizdə indi də var. Hələ də etmək mümkündür. – dekan çox danışdığını hiss etdikdə bir az fasilə verdi. Masanın üstündəki çaydan bir qurtum içdikdən sonra davam etdi – nə deyirsən indi ? Film işi demişdin keçən dəfə o nə yerdədir ? Səni tanımasam , atanı tanımasam deyəcəm yalandan adı gedir ki , təşkilat sədridir , dərsləri yola versinlər.
Elçin son cümlənin əslində nə məna kəsb etdiyini çox yaxşı başa düşmüşdü.İlin əvvəlində bu söhbət ediləndə bir andaca başından etmək üçün film söhbətini ortaya atmışdı , bunun dekanın yadında qalacağını düşünməmişdi.
- İşlər əla gedir. Bir ssenarist qız tapmışam artıq. Çox istedadlıdır , tarixdə oxuyur səhv etmirəmsə , Nazilədir adı. Bir-neçə yazısı var hətta , çalışırıq onlardan ən yaxşısın seçək. Bir nəfər də var , riyaziyyatda oxuyur Vətəndir adı. O da asistentimdir. Bu uşaqları seçmişəm hələki. O qədər müraciət edən var ki , aralarından kimisə seçmək qeyri-mümkündür həqiqətən.
- Bəs nə haqdadır , hekayəsi ?
- Müharibə səhv etmirəmsə.- Elçinin ən son dinlədiyi ssenari halbuki sevgi haqqında idi. Ancaq dekana bunu demək istəmişdi. – Siz qətiyyən narahat olmayın , klubun da , universitetin də adına layiq bir iş görəcəyik.
Son cümləsini deyərkən onda həmişədən mövcud olan insanlara özünü inandırmaq bacarığından da istifadə etmişdi. Və dekan növbəti dəfə Elçinə güvənmişdi.
- İlin sonuna qədər o filmi izləməsək , klub bağlanacaq , biləsən. – dekan son cümləsini deyərkən olduqca ciddi görünürdü , hətta üzündəki həmişə gülən ifadə də silinmişdi.
Elçin otaqdan çıxanda hələ də qolundakı qolbağı sıxırdı. Artıq işin ciddiləşdiyini başa düşmüşdü. Ona görə də artıq həqiqətən nəsə etməli idi. Ancaq Nazəninin iştirak etmək istəməməsi ilə əlində yalnızca bir nəfər qalmışdı: Vətən. Bunu düşünmək isə onu çox təşvişə saldı bir anda. İlin sonuna qədər filmi izlətməli idi , ancaq əlində nə bir hekayə , nə də yetərincə adam var idi. İndiyə qədər heç vaxt dərslərlə ciddi məşğul olmamışdı , müəllimlər onu universitetdəki işinə görə yola vermişdilər. Bunu itirmək istəmirdi . Bütün bunlar haqda düşündükdən sonra telefonu əlinə aldı. Bir-neçə dəfə zəng çaldıqdan sonra qarşı tərəfdən səs gəldi :
- Bəli?
- Vətən , bir hekayəm var demişdin.
Nəhayət , Elçin işin ciddiyyətini başa düşür deyəsən. )Yeni bölüm tezliklə bərpa olunacaq. Sevilirsiniz)
ESTÁS LEYENDO
1,2,3 ! Başla!
HumorEyni universitetin 4 fərqli fakültəsində oxuyan Əhməd , Vətən , Nazənin və Elçinin yolları təsadüfi və planlanmış cəhdlərlə kəsişir. Nə bir tanışlığa , nə də ortaq cəhətlərə malik olmayan bu gənclərin qarşısında duran tək məqsəd - kino çəkməkdir. İş...