Və budur , gözlənilən yeni bölüm. Xoş oxumalar.
Ümumiyyətlə, heç bir dərsi sevmirdim. Bütün dərslərin tez keçməsini arzulayırdım. Bəzi müəllimlərin dərsində partanın altından gizli-gizli bədii ədəbiyyat oxuduğum olurdu. Sözün açığı bundan əvvəlki 2 ilimi belə keçirmişdim. Narazı idim ? Deyildim. Universitet illərimdə heç vaxt unutmayacağım hadisə müəllimin patok dərsində məni ayağa qaldırıb kitabımın mövzusunu soruşması olmuşdu. Həyəcandan , bir az da təşvişdən kitabın mövzusunu deyə bilməmişdim . O da mənə başa düşmürsənsə , oxuma demişdi. Bəli , belə sifətsiz müəllimim olmuşdu. Buna baxmayaraq yaxşı müəllimlər də çıxmışdı qarşıma. Məsələn , Hikmət müəllim. Bizə birinci kursda dərs deyəndə hamılıqla çox sevmişdik onu , ancaq mən xüsusilə sevmişdim. Yazılarıma baxanda səndə yazar təbi var demişdi çünki mənə , lakin heç vaxt ona yazılarımdan nəsə göstərməyə cəsarət etməmişdim. Bəlkə bu il göstərməyə cəhd edərdim deyə düşünürdüm , ancaq uğursuz film işindən sonra ümumiyyətlə nəsə yazarammı bir daha əmin deyildim.
- Nazənin , zəhmət olmasa , bunu aparıb dekanatlıqda Şəhla xanıma verə bilərsən ?
Müəllim çox üz vurmurdu , ancaq onun da məni sevdiyini bilirdim. Yoxsa niyə qrupda bu qədər uşaq varkən məni göndərsin ? Yaxınlaşıb vərəqlərini aldıqdan sonra dekanatlığa doğru yollandım. Müəllimim 30 yaşlarının başında cavan və yaraşıqlı bir adam idi. Eynəkləri belə ona xüsusilik verirdi. Qıraqdan çox ideal görünsə də , ailəvi problemləri olduğunu bilirdik. Məndən eşitməyin ,ancaq yoldaşı və anası heç yola getmirdi. Hardanmı bilirdik ?
- Bu arvad məni öldürəcək. Hikmət də başa düşmür , heç cür başa düşmür , ayrı evə də köçdük hələ də hər gün bizdədir. Cavan ailəyik axı , hər gün də gəlmək olmaz axı. Desəm , gəl uşağı saxla heç gəlməz e.
- Şəhla xanım , Hikmət müəllim göndərdi bunları.
Yoldaşı dekanatlıqda işləyirdi və nə vaxt getsək , qaynanası haqqında qeybət edirdi. Artıq o hal almışdı ki , tələbələrdən kimsə içəri girəndə aldırış etmədən qeybətə davam edirdi. Birinci kursda belə deyildi .
- Yaxşı , qoy masanın üstünə. – Mənə ötəri cavab verdikdən sonra qarşısındakı xanıma döndü- Ay qız hə , mən nə edim bilmirəm də day.
Dediyim kimi mənə məhəl qoymadan söhbətinə davam etdi. Dekanatlıqdan çıxanda əllərim cibimdə otağa doğru irəliləməyi düşünürdüm. Ancaq bu çox da mümkün olmadı :
- Nazənin!
- Vətən! – Vətənin bizim dekanlığın qabağında nə işi var idi ? Ümid edirəm ki , məni axtarmırdı.
- Necəsən , Nazənin ?- Görəsən mənlə nəhayət ki "sənlə" danışmağa keçməsinə sevinməli idim ya yox ?
- Təşəkkür , yaxşıyam. Sən necəsən ?
- Ah , necə olum , bu film işi öldürüb məni. Elçin müəllim də bayaq zəng etmişdi elə. Səndən bir şey xahiş edə bilərəm ?
- Aha.- çox şübhəli səslə demişdim , çünki nə istəyəcəyindən əmin deyildim.
- Bayaqdan sənə zəng edirəm , düzü. Tapmaq üçün dekanatlığınızın yanına gəldim qrupunu öyrənim. Allahdan sən də burdaymışsan. Bilirəm , bizim işlə maraqlanmırsan artıq , ancaq kiçik bir şey istəyə bilərəm səndən? Çünki səndən başqa yazar tanımıram.
- Aha , əlbəttə.- mənə professional yazıçıymışam kimi müraciət etmişdinsə , əlbəttə edə bilərsən , Vətən.
- Sənə bir mövzu verəcəyəm. Onu mənim üçün bir az bədiiləşdirə bilərsən ?
- Bədiiləşdirmək ?
- Yəni də , məndə sadəcə mövzu var. Sən onu bir az ssenari halına sala bilərsən ?- Vətən iri eynəklərinin ardından iri açılmış gözləri ilə mənə elə baxırdı ki , ona yox demək qeyri-mümkün olardı yəginki.
- Əlbəttə. Hekayən hanı ?
- Daşınan diskdədir .* Vaxtın varsa , çıxartdıraq bax bir az. Sonra mənə bir şey deyərsən.
Hikmət müəllim dərsdən öz işi üçün məni göndərmişdisə , mən də öz işim üçün gedə bilərdim deyilmi? Vətənlə hekayəsini çıxartdırmağa getdikdə hardasa 3-4 səhifəlik bir şey yazdığını gördüm. Ancaq qısa bir şey yazması dəyərsiz olduğu anlamına gəlməzdi deyilmi. Onla sağollaşdıqdan sonra yenidən dərsə qayıtdım. Aradan 15 dəqiqə keçmişdi artıq , ancaq müəllim gec gəlməyimlə bağlı heç nə demədi. Yenə bikef idi. Yəginki evində yenə qaynana/gəlin söhbəti gedir deyə idi. Müəllim dərsdən danışarkən mən sakitcə orta sıralardan birinə keçdim və Vətənin yazısını oxumağa başladım.
***
Hardasa 5-6 dəqiqə içində oxuyub bitirmişdim. Maraqlısı bu idi ki , yazısına "günlərin bir günündə" deyə başlamışdı. Ancaq mövzusu o qədər təsirli idi ki , hər cümləsini xüsusi ilə oxumuşdum. İndi isə oturub vərəqlərə baxırdım. Görəsən mən nə vaxtsa bu qədər təsirli bir şey yaza biləcəkdim ? Yazını oxuyub bitirdikdən sonra müəllimin dərsinə geri qayıtdım. Maraqlı nəsə danışmasa da sevimli müəllimim idi , dinləyirmiş kimi etməli idim.
Dərs bitəndən sonra bütün qrup digər otağa doğru getməyə hazırlaşırdı. Mən də çantamı götürüb otaqdan çıxacaqdım ki , müəllim adımı çəkdi:
- Nazənin.
- Bəli , müəllim. – çantamı çiynimdən salıb qarşısına gəldim.
- Mədəniyyət klubu haqqında eşitmisən ?- müəllimim bu haqda nə deyəcəkdi çox maraqlı idi.
- Bəli , müəllim.
- Onların yeni bir layihəsi var. Eşitmisən bu haqda ?
- Bəli , eşitmişəm.
- Hə , lap yaxşı. Özün də məsləhət bilsən , məncə maraqlan. Çoxdandır səsləri gəlmir , ancaq yaxşl işlər görüb bu təşkilat vaxtı ilə.
- Haqlısınız.
- Yazıların nə yerdədir ? Yenə yazırsan ?- müəllimin sualı ilə bir anda bütün tələbəlik illərim gözümün qabağından keçdi. Mən ona yazdığımı demişdim ?
- Yazılarım ?
- Qrupunuzda 22 nəfər var. Çoxları məqsədsiz olaraq burdadır. Ancaq bəziləri özünü tanıyandan ədəbiyyatı xəyal edir deyilmi ? – müəllim bunu deyəndə birinci kursda ona mən özümü tanıyandan dil-ədəbiyyat fakültəsini istəyirəm dediyimi xatırladım. Müəllimə ümid dolu baxdığımdan əmin idim. Çünki dediyimi xatırlaması məni çox sevindirmişdi.
- Yeni layihələri üçün mən də müraciət etmişəm. Hətta seçilmişəm. İnşallah , məni də görəcəksiniz bu işdə.
Müəllimə gülümsədim. Sonra otaqdan çıxmasını izlədim. Müəllim otaqdan çıxandan sonra isə nə dediyimin hələ yeni fərqinə varmışdım.
Daşınan disk flaşkartdır deyəsən. Çoxumuza adı yad gelsə də. Nazın layihəyə qayıtmasına münasibətiniz necədir ?
ESTÁS LEYENDO
1,2,3 ! Başla!
HumorEyni universitetin 4 fərqli fakültəsində oxuyan Əhməd , Vətən , Nazənin və Elçinin yolları təsadüfi və planlanmış cəhdlərlə kəsişir. Nə bir tanışlığa , nə də ortaq cəhətlərə malik olmayan bu gənclərin qarşısında duran tək məqsəd - kino çəkməkdir. İş...