Salam , canlar. Bu da yeni bölüm. Gələn həftənin bazar günü görüşənədək.)
Bundan əvvəlki həyatım boyunca , bundan əvvəlki deyirəm çünki kino işindən sonra çox şey əvvəlki kimi deyildi , narahat olduğum çox az şey var idi. Və mən bunun fərqinə yeni varırdım. Nə üçünmü narahat olurdum ? Məsələn , ballarım üçün , imtahanlarım üçün. Bəzən maddiyyat baxımından narahatlıq yaşayırdım. Kirayə pulumun üstündən götürüb xərclədiyim , stipendiyam gələndə isə heç kim bilmədən üstünü birtəhər düzəltdiyim çox olmuşdu. Elçin bir müddət sosial şəbəkələrində heç nə paylaşmayanda onun üçün də narahat olurdum. Ancaq bu dəfə hər şey çox fərqli idi. Çünki mən bu dəfə məsuliyyəti altına girdiyimiz həmin o film işinin taleyi üçün narahat olurdum! Və bu deyəsən məndən başqa heç kimin vecinə deyildi. Bunun üçün isə daha çox narahat olurdum. Hikmət müəllim haqqında dediyi yalandan sonra Əhmədin digərlərinə də mənim kimi yalan deyib-deməmiş olması isə başqa bir məsələ idi. İlahi , həqiqətən ona güvənməyən yalnızca mən idim ? Elçini partyə göndərmişdi. Görəsən , o parti həqiqətən var idimi ? Əgər Elçinin getməyə razılaşdığı bir parti idisə , deməli , səviyyəli bir yerdə olmalı idi. Bu hesabla Elçin axı çoxdan yer bildirimi etməli idi , ancaq etməmişdi. Bir tərəfim Elçinə yaz deyərkən , digər tərəfim isə üzlülük etmə , Vətəngildən xəbər al onların işi real imişmi deyə soruş deyirdi. Və mən hansını dinləməli olduğumu bilmirdim. Şəfiqəgil hər nə qədər mənə hər şey yaxşı olacaq deməyə çalışsalar da onların da mənimlə eyni fikirdə olduqlarını düşünürdüm. Eyni fikirdə olmalı idilər. Məncə , eyni fikirdə idik , yəni. Hər nə qədər Elçinə yaz gör nə oldu deyən tərəfim və Vətəngilə yaz deyən tərəfim qızğın mübarizə aparsalar da "yıxıl yat , onsuz sabah universitetdə onları görəcəksən" deyən üçüncü bir tərəfim qalibiyyət əldə etdi.
***
Dərsin bitimini dörd gözlə gözləmək bütün tələbəlik həyatım boyunca etdiyim şey idi , ona görə də indi etdiyim şey dərsin bitimini on altı və dördün daha yüksək üstlü qüvvətlərlə gözləmək idi. Və tərs kimi də vaxt keçmək bilmirdi. Ancaq çətinliklə də olsa , nəhayət , üçüncü dərsin sonuna gələ bilmişdik. Otaqdan hansı sürətlə çıxdığım və kluba hansı sürətlə getdiyim bütün fizika qanunlarını alt-üst edəcək həddə idi. Hər zamankinin əksinə bu dəfə qapını tıqqıldatmaq birdəfəlik açaraq içəri daxil oldum. Hər zaman bu qapını açanda arxasında Elçini görməyi arzulasam da bu dəfə Əhmədi görməyi daha çox istəyirdim. Və bu dəfə də hansısa arzum içimdə ilişib qaldı.
- Nazənin , necəsən ? – Elçin kreslosunda oturmuşdu və telefonla kiməsə zəng edirdi.
- Salam , Elçin. Yaxşıyam , bəs sən ? – sözlər ağzımdan tökülürdü.
- Necə ola bilərəm ? Grantımızı almışıq , işlərimiz başlanğıc üçün əla gedir , - Elçin gülümsəyərək dedi , - otur , uşaqlar da indi gələr.
Elçin qrantı almışıq və uşaqlar gələcək dediyinə görə hər şey yolunda olmalı idi. Əslində , artıq az da olsa rahatlamış olduğumu deməli idim.
- Nazənin , sənin fakültən tarix idi ? – indi fərqinə varırdım , Elçinlə ikimiz tək idik. Tam zamanı , Nazənin. Göstər özünü !
- Xeyr , dil-ədəbiyyat.
- Azərbaycan ?
- Bəli , - bu qədər göstərə bildim.
- Əla.
Bir yerdən başlamışdım ən azından. Hə yerinə bəli deməkdən.
- Salam hər kəsə , - qapını tıqqıldatmadan açan bir digər isə Vətən idi. Nəzrin də var idi hətta yanında.
- Salamlar , universitetin "best couple"na , - Elçin gülümsəyərək dedi. Vətən və Nəzrinin iksinin də üzünə utancaq və sevimli bir təbəssüm yarandı. Vətənə münasibətim Nəzrinlə tanış olandan bəri müsbət istiqamətdə dəyişmişdi.
- Əhməd yoxdur ? – Nəzrin soruşdu.
- Yox , zəng edirəm , zəng də çatmır nəsə , - Elçin telefonuna baxaraq dedi , - gələr yəgin bir azdan.
- Bizə də dünən təqaüd proqramı deyib. Sən demə müraciət tarixi bitibmiş , onu soruşmaq üçün yazdım , hələ cavab gəlməyib , - Vətən dedi.
- Bir dəqiqə , sizə də olmayan bir şeylə bağlı nəsə deyib? – Narahatlıq siqnalları sürətləndi yenidən.
- Yox , sadəcə vaxtı keçib müraciətin , - Nəzrin stul çəkib mənim yanımda oturarkən dedi.
- Yəni , yoxdur da indi ? – Həqiqətən telefonuna da zəng çatmırdısa , bu insanlar necə olurdu ki , şübhələnmirdilər ?
- Mənə də dünən bir parti bileti verdi , - baxışlarımı Elçinə çevirdim , onu da aldatmışdı ? – dəhşət parti idi də. Hələ elə şey görməmişəm mən , - onunku tutmuşdu , - ancaq indi zəng edirəm , zəng çatmır.
Bu uşaqlara nə olmuşdu ? Yəni , məndən savayı heç kim söhbəti tuta bilmirdimi ?
- Necə başa düşmürsünüz ?
- Nəyi ? – Elçin dedi.
- Əhməd yoxdur və gəlməyəcək. Çünki pulu götürüb aradan çıxıb. Hamımızın da başını bir şeylə qatıb dünən.
- Nazənin , Əhmədi mən də ən az sənin qədər sevmirəm , ancaq belə şey edər ki ? – Vətən təşvişə düşmüş halda soruşdu.
- Niyə etməsin ? Onu nə qədər tanıyırıq ? – hamı sakitliklə məni dinləyirdi , - mənə inanmırsınız , ancaq haqlıyam. Təəssüflər olsun ki , haqlıyam. Haqsız olmağı mən də çox istəyərdim , lakin haqlıyam. Əhmədə zəng indi zəng çatmır , sonra da çatmayacaq , ta ki o özü ortalığa çıxmaq qərarı alanadək.
Elçin deyəsən indi işin ciddiliyini başa düşürdü. Çünki əli ilə alnını ovuşdurmağa başladı. Vətən və Nəzrin isə bir-birlərinə baxırdılar. Mən isə bu bəd xəbəri çatdıran olduğum üçün özümü bir az günahkar hiss edirdim. İnşallah haqsız çıxardım. Bunu nə qədər ürəkdən istəsəm də elə bir şey olmayacağını da çox yaxşı bilirdim.
Əhmədsiz növbəti bölüm. Bəs indi pulsuz nə edəcəkdilər ? Ya da Əhmədi necə tutacaqdılar ?
YOU ARE READING
1,2,3 ! Başla!
HumorEyni universitetin 4 fərqli fakültəsində oxuyan Əhməd , Vətən , Nazənin və Elçinin yolları təsadüfi və planlanmış cəhdlərlə kəsişir. Nə bir tanışlığa , nə də ortaq cəhətlərə malik olmayan bu gənclərin qarşısında duran tək məqsəd - kino çəkməkdir. İş...