Söz verdiyim kimi bu bazar günü və yeni bölüm. Növbəti həftənin bazar günü görüşənədək. Bu arada "Araza qədər" adlı kitabımı kitabxananıza əlavə etməyə tələsin. Həftənin şənbə günləri onun yeni bölüm günüdür.
Son zamanlar universitetə gəlmək çox fərqli hiss etdirirdi. Əvvəllər universitetdə maraqlı olan yeganə şey Elçini görmək idi.Ancaq indi fərqli bir duyğu ilə gedirdim – universitetdə bir işim , fəaliyyətim var idi. Kino çəkmək işimiz hələ başlanğıc mərhələdə olsa da olduqca maraqlı olacağı bəlli idi. Hər şeydən əvvəl işin içində Elçinlə vaxt keçirtmək var idi . Vətən bir az qəribə olsa da pis uşaq deyildi . İşimiz ciddiləşdikcə yeni insanlarla tanış olmaq şansım artırdı. Bu da passiv keçirdiyim 2 ilin sonunda mənim üçün yaxşı nəticə sayılardı. Tək narahatedici tərəfi isə o sevimsiz Əhməd idi. Əslində , necəsə Elçindən xoşum gəldiyini öyrənməmiş olsaydı bu qədər sevimsiz gəlməzdi mənə. Ancaq bunu bilməsi və hər fürsətdə üzümə vurması olduqca sevimsiz edirdi onu ! Elçin Vətənə film üçün büdcə planı tərtib etməsini tapşırmışdı. Vətənin üzünə baxan kimi bu işi necə edəcəyi ilə qətiyyən bir fikri olmadığı bilinirdi. Ancaq hər zamanki kimi etiraz etmədən qəbul etmişdi. İndi bufetə gedirdim. Özümə su alıb Vətənin köməyinə gedəcəkdim. Bu gün iki dərsim var idi və boş vaxtımı yaxşı dəyərləndirmək istəyirdim. Həm də Vətənin ssenarinin tamamilə özünə aid olduğunu deməsindən sonra özümü bu işdə artıq hiss etməyə başlamışdım. İçimdən bir səs isə nə qədər çalışsam da Vətənin yenə Elçinə işi tamamilə özünün gördüyünü deyəcəyini söyləyirdi halbuki. Bufetə girər-girməz adətim üzrə gözlərim Elçini aradı. Sonra isə artıq buna ehtiyac olmadığını , onu istədiyim vaxt görə biləcəyimin sevinci yayıldı üzümə. Əlbəttə , bu gözlərimlə onu axtarmağıma mane deyildi. Çox keçmədi ki , bufetin mərkəz masasında Elçin və dostlarını deyib-gülərkən gördüm. Qızlı-oğlanlı bir qrupla oturmuş yüksək səslə danışır , arada gülürdülər. Görəsən , mən də nə vaxtsa o qrupa daxil ola biləcəkdim ? Bufetin içində görünməz addımlarla irəliləyib bir yandan da Elçinə baxırdım. Məni görəndə salam verəcəkdi ? Başı ilə verəcəkdi ya əl edərdi ? Bəlkə salam demək üçün yaxınlaşardı ? Bunları beynimdə düşünərkən bir də baxdım ki , növbədəyəm və xala mənə tərs-tərs baxaraq sifariş soruşur. Suyumu aldıqdan sonra yenə Elçinin məni görmədiyi növbəti bir cəhddə bufetdən çıxmağa üz tutdum. Məni Elçin görməz , ancaq lənətə gəlmiş Əhməd görər. Başına yenə mavi kepkasını taxmışdı , nə əcəbsə yanında bir nəfər oturmuşdu və kepkanın ucunu azacıq qaldırıb mənə başı ilə salam verdi. Mən də ona çətinliklə gülümsəyib bufetdən tezliklə çıxdım. Dəhlizdə gedərkən beçinci mərtəbəyə olduqca tez çatıb kluba getməyi planlayırdım. Ancaq qulağımın dibində o narahatedici səsi eşitməsəm olmazdı :
- Sənin həyatından çox maraqlı melanxolik sevgi hekayəsi çıxar ,- yenə Əhməd , yenə əlində mavi kepka , yenə söhbətə qəribə bir mövqedən giriş və ən əsas da yenə səni narahat etməyə gəlmişəm deyə qışqıran üz ifadəsi.
- Bizim hekayəmiz olduqca maraqlıdır , məncə.
- Bizim ? Vətənin hekayəsi deyildi o ?
- Hər nədirsə , - tez-tez addımlayıb yanından getmək istəyirdim , ancaq deyəsən o da mənlə otağa gəlmək istəyirdi.
- Niyə deyə soruşmayacaqsan ?
ESTÁS LEYENDO
1,2,3 ! Başla!
HumorEyni universitetin 4 fərqli fakültəsində oxuyan Əhməd , Vətən , Nazənin və Elçinin yolları təsadüfi və planlanmış cəhdlərlə kəsişir. Nə bir tanışlığa , nə də ortaq cəhətlərə malik olmayan bu gənclərin qarşısında duran tək məqsəd - kino çəkməkdir. İş...