O kiçik səhbamız indiyə qədər hər cür söhbət görmüşdü. Əgər səhbanın dili olsa , "bəsdir boş-boş danışdınız , gedin dərs oxuyun" deyərdi. Üstündəki bir ədəd qara , bir ədəd də ağ günəbaxan tumları , 2 litrlik buz kimi kola , sarı və qırmızı cipsilər , istifadəetmə tarixinin bitməsinə çox gümanki bir-neçə gün qalmış ketçup və tələbə evinin olmazsa olmazı makaronla yeni bir qeybət fırtınası üçün hazırlıqların tamamlandığını göstərirdi.
- Gedir endirimdən-endirimdən alır gətirir , sonra da bizə deyir "ay nə bilim Zara yeni sezonundandır , ay Guessdəndir ." Hünərin çatır endirimsiz al da.
Şəfiqənin məqsədi birinci kursdan bəri qrupun ən-ləri olmaq idi. Ən yaxşı oxuyanı , ən yaxşı geyinəni , ən bəyəniləni , ən imkanlısı. Bəzən yaxşıki onunla qrup yoldaşı olmamışam deyirdim. Onsuzda içimizdə bu sadalananlardan hamsının ən-i o idi. Bir tək gözəllik mövzusunda Aynura çata bilməzdi. Ona görə aramızda heç vaxt bu mövzu haqqında danışmırdı. Aynurun mübahisəsiz ən qəşəngimiz olduğu bəlli idi. Ən gözəl tərəfi də , özünün bunun fərqində olmaması idi.
- Mən biri ilə tanış olmuşam , qızlar. – Aynur sarı saçlarını oynada-oynada dedi.
- Dilənçidi ?- Şəfiqə keçən dəfəki hadisəni unutmamışdı , ancaq çox gümanki Aynur çoxdan unutmuşdu.
- Yox , oğlandır. Danışırıq. Mənə mesajlar yazır , mən də ona cavablar yazıram. Qar dənəciyi yazıb telefona adımı. Çünki çox ağ imişəm. Dünən birlikdə Dağüstü parka getmişdik. Sonra da pizza yedik. Hesabı da o verdi. Allahım , mən də bütün pulumu keçən gün dilənçiyə verdiyim üçün qənaətə keçmişdim. Hesabı necə ödəyəcəm deyə aldıqlarını da düzəməlli yeyə bilmədim.
Şəfiqə ilə bir-birimizə ağzımız açıq vəziyyətdə baxırdıq. Ciddi-ciddi Aynurun sevgilisi olmuşdu , görəsən sevgilisinin olduğundan özünün xəbəri var idimi ?
- Sevgilin var , Aynur ? – Şəfiqə soruşdu.
- Sən telefonla kimləsə mesajlaşırsan , Aynur ?- deyə mən soruşdum.
- Başqa nə edə bilərəm ki ? Yoxsa necə əlaqə saxlayacaqdıq ? Bu arada , Şəfiqə , sənin özündənrazı ancaq böyük nailiyyətləri olmadığı üçün bir az əsəb biri olduğunu düşünür , Naz , sənin də acınası halda olduğunu düşünürmüş. Elçin kimi biri sənin kimi bir qıza heç vaxt baxmazmış , o səthi bir insandır və ancaq səthi qızlardan xoşu gələ bilərmiş.- Aynur gülümsəyərək bunları üzümüzə dedi.
- Ona bizdən danışmısan ?
- Ona bizdən danışmayıb , Nazənin. Bu mal bizim həyatımızı danışıb sevgilisinə.- Şəfiqənin gözlərindən alov püskürürdü.
- Birlikdə yaşadığım insanları tanımaq istəmişdi sadəcə.- Aynurun Şəfiqənin baxışlarından qorxduğu hiss olunurdu , elə mən də qorxmuşdum nə deyim.
- Əla , Elçinə olan ümidsiz platonik sevgimi bir nəfər daha öyrəndi. Və həmin o bir nəfər də acınası halda olduğumu təsdiqlədi,- Aynur bu dediyimə üzülmüş kimi idi ,- yaxşı necə tanış olmusunuz , tələbədir ya nə ?
- Müstəntiq köməkçisidir. Ancaq tezliklə müstəntiq keçəcək. Metro kartı olmadığından onu keçirmişdim , ilk dəfə orda görüb dediyinə görə. Sonra da tale öz oyununu oynadı, - Aynurun üzgün ifadəsi yenə yerini həmin o sevgi dolu baxışlara təhvil verdi.
أنت تقرأ
1,2,3 ! Başla!
فكاهةEyni universitetin 4 fərqli fakültəsində oxuyan Əhməd , Vətən , Nazənin və Elçinin yolları təsadüfi və planlanmış cəhdlərlə kəsişir. Nə bir tanışlığa , nə də ortaq cəhətlərə malik olmayan bu gənclərin qarşısında duran tək məqsəd - kino çəkməkdir. İş...