Yox oluş.

279 22 8
                                    


Topla ümidlərini,

Uzaqlaş buludlara doğru

Bu yer kürəsi anlamayacaq səni,

Məni, bizi.

Çün, bu insanlar fərqli,

Biz pis, onlar yaxşı

Niyə? "Pis-yaxşı" məhfumu xüyladı artıq, düzdü.

Düzdü, səliqəsiz yazılır sətirlər,

Düz gedən nə var ki, dostum.

Fikir vermə, səliqəsiz olan sətirlər olsun,

Əsas beyində neyronlar düzgün toqquşsun,

Və düzgün fikir yaransın.

Çək, iç, sev,

Kədəri zibil qabına,

Olanları dünənə tulla

Ya da,

Gəl sarılaq, sarışın,

Ətrin hopsun üstümə.

Yalnızlıq iliyə işləyən soyuq kimi,

Yalnızlıq bir ananın gözlərinin önündə uşağının ölümü kimi,

Yalnızlıq bir sevgilinin aldadılışı kimi,

Və yalnızlıq günahsızların müharibədə tələf olması kimi əclafca...

Bu kədər,

Bu kədər məhvim olacaq,

Bəlkə də həyatım səhvim olacaq

Lakin, dəyərlərimin ardınca gedəcəm,

Sonda işığı tapmasam belə,

Sonda cavablar olmasa belə,

Sonda gecə yalvarışlarım nəticəsiz qalsa belə mən axtarışdayam, Tanrım,

Mənə bir işarə göndər,

Bir ümidim olsun könlümdə

Əks halda,

Topla ümidlərini,

Uzaqlaş buludlara doğru,

Bu kainatın sonsuzluğuna doğru,

Qaranlıq, hər tərəf siyah,

Və səssizlik...

Hər var oluş kimi bir yox oluş da vardır...

(c) Ramin Səkkiz / 2017. #Yoxoluş. #Qalaktikabook". #wattpadazerbaijan.

Cover by Manzar Rzayeva.

Cover by Manzar Rzayeva

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Qalaktika.Where stories live. Discover now