Bezəndə hər şeydən, qalanda dörd divarla,
Tək başına olacaqsan, xilaskarın özün
Güc topla sən, hər şeyi dərindən anla,
Keçmişin gələcəyin üçün sağlam güzgü.Yarışdasan hər kəslə, rəqibdi ətrafın,
"Ən"lər qalib olur daima
Göydən enir sanki qələmin diyircəyinə sətiraltım,
Oyuncaqlar dolanır həryanda.Əsir olub qaranlığa, qaranlıqda həqiqət yatır
Bizə öyrədiblər işığa tərəf getməyi
Od vur fikirlərinə, hər birini yandır,
Öyrədiblər necə yatmağı, durmağı, yaşamağı və ölməyi.Ssenari hazır, biz ondan xəbərsiz,
Beynimizə kod vurub yatırıblar
Nə qədər dəyişmək istəsək də məgər biz,
İnsanlar qəbullanıb alışıblar.(c) Ramin Səkkiz / 2017.
#Sonçarə.
#Qalaktikabook.
#wattpadazerbaijan.
YOU ARE READING
Qalaktika.
SpiritualDərində ağrıları olan, gecələri sonsuz kədərlə bürünənlərə ithafən. Qeyd: Kitabın cover-i (üz qapağı) Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.