İntihar məktubu.

93 9 2
                                    

Mən sənin gözlərindəki o müdrikliyə heyranam. Səndən öyrənirdim mən həyatı, bilikləri, müharibələri. Apardığımız fikir mübadilələrində sənin bu hər şeyi bilməyini sevmişdim. Qayıdaq keçmişə. Uzanım yanında sən nağıl danış mənə, amma mən yatmamış sən yenə yuxuya get. Sonra oyananda mən sənə bunu deyim və başlıyaq gülüşməyə. Darıxıram, ata. O keçmiş günlər üçün, bacımla mənə nağıl danışmağın üçün, üçümüzün birgə əylənməyimiz üçün darıxıram...
Sən öyrətdin mənə kitab oxumağı. Ədəbiyyatın necə bir şey olduğunu sən göstərdin mənə. Yadımdadı, uşaqlar "mənim atam sənin atandan güclüdü" söhbətləri edəndə mən fəxrlə "mənim atam çoxlu kitablar oxuyub, sənin atandan ağıllıdı" deyərdim. Uşaqlıq...
Mübarizə etməyi də səndə gördüm. Kapitalizmin pisliyini, dünya sisteminin necə iyrənc olduğunu da gördüm. Mən aldığım hər zərbədən sonra ayağa qalxdım, amma gözlərindəki kədəri görəndə öldüm. Bağışla, ata, bağışla...
Sil gözyaşlarını, ana, bax görərsən hər şey yaxşı olacaq, amma nə vaxtsa. Sən olmasan mən indi torpaq altda olardım və bu yazı da yazılmamış olardı. Bağlıyam sənə. Sənə olan hislərimi bir-iki cümlə ilə necə deyim axı. Cənnət anaların qucağındadır, sarılırsan və cənnətdəsən. Xoşbəxtlik də onun kimi. Bizə səhv yolları göstərdilər xoşbəxtlik deyə. Xoşbəxtlik ananın varlığındaymış. Görməy istəmirəm, yox, sil gözlərinin kədərini. Kədər bitirir məni. Bağışla, ana...
Mən sənlə uşaq, sən isə mənlə böyük oldun. Bilirsən, biz birgə böyüdük. Mən balaca idim, sən isə lap balaca idin, lakin səni mən böyütdüm. Mən sənə baxarkən elə uşaq yaşdan az da olsa həyatı anladım, ən əsası anamı, atamı anladım. Mən səndə özümü görürəm, çünki sən də məndə özünü görürsən, bilirəm. Sən də oxuyursan, öyrənirsən, araşdırırsan, yazırsan. Oxu, öyrən, araşdır, lakin onların əsiri olma heç vaxt mənim kimi. Mən bacarmadım hədəfə çatmağı, sən geri dönmə. Ən əsası bu yaşdan sən də artıq kədərlənmə, böyümə. Böyüdükcə getmək istəyi daha da artır insanın. Bağışla, bacı...

Bir kədər otağı var içimdə və mən o otaqda məhbus. Gəl, qaçırt da məni bu həbsdən. Nə olar axı anla məni, başa düş. Mən başa düşülmədikcə bu dörd divara bağlanıram axı. Sən də onsuz əsirsən də bu kainatın içində. Sənin də qəlbini qırıblar, sən də ağrılar çəkmisən və sən də içində bir yerlərdə yalnızsan onsuz. Bu bozluğuna məbhus şəhərdə hamımız həbsdəyik onsuz. Kimisinin beyin hüceyrələri, kimisinin ürəyi məhbus. Bağır. Rahatlayana qədər qışqır, fəryad et, üsyan et silkələnsin bu dünya və özünə gəlsin. Bağır. Səni eşidənə qədər kimsə. Dayanma, qışqır içini, tök qəm alovuna ağrılarını qoy yansın. Güclü olana qədər, axıra qədər bağır, dost, bağır. Bu fəryad da bitəcək, bu alov da sönəcək, bilirəm, hər şey də yaxşı olacaq, amma nə vaxtsa. Amma nə vaxtsa...
Bağışla, fikirlərim, bağışla...

Sevgilim, sənə yazılan sətirlərdən sənin ətrin gəlir. Asan olmasa da o sətirləri yandırdın sən, xatirələri külə döndərdin. Yenə də illərimizin xətrinə son dəfə gələrsən sən də. Sən də bağışlıyıb, göz yaşı töküb gedərsən sən də...

© Ramin Səkkiz / 2017. #İntiharməktubu. #Qalaktikabook.
Cover by İyirmiüç.

Cover by İyirmiüç

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Qalaktika.Where stories live. Discover now