Sən. Bəli, sən. Əslində hər şeyin fərqindəsən.Görürsən, amma danışa bilmirsən. Yox, bəlkə də danışırsan, amma səsini duyura bilmirsən. Bilirəm, sən kor deyilsən. Heç lal da deyilsən. Sənlə mənim və yaxud başqalarının heç bir fərqi yoxdur. Hamımız eyniyik. Eyni bir neçə şəxslər tərəfindən xüsusi hazırlanmış şüuraltı yerləşdirilən kodların siçanlarıyıq. Üstümüzdə təcrübə aparırlar. Niyə susuruq bəs? Qorxuruq? Yox. Sadəcə içimizdə danışırıq. Üsyanımızı içimizdə yaşıyırıq. Niyə? Çünki ilk öncə içdə sağlam fikir olmalıdır. Kor-koranə olan üsyanları da görmüşük.
Sən. Özünü yad hiss edirsən? İndi yadsan, lakin bir müddətə bir fikrin ardınca gedən minlərlə dostun olacaq. Fikir - şüuraltındakı kodları qıran sistem oğrusu. Fikir - sənin özün, düşüncə tərzin, mədəniyyətin, sənin cəmiyyətin, sənin öz dünyan. Yəqin ki, öz dünyanın bəsit və pis olmasını istəmərsən.
Sən. Çöldəki vəziyyəti görəndə dörd divara şükür edirsən? Narahat olma, insanlar onları oyandırmağa çalışanları görürlər artıq. Bir müddətə oyanacaq hamı. Yuxu nə qədər şirin də olsa oyananda günəşi görmək yuxunu unutdurur. Və qaranlıq nə qədər ecazkar da olsa insanların gözünə işığı tutub onları oyandırmaq lazımdır.
Sən. Sağlam düşüncəli dostlar istəyirsən? Məqsədsiz insanlardan bezmisən? İşi-gücü sadəcə lağlağa eləmək olan, onun-bunun geyiminə, musiqisinə qarışan, hər kəsə küçədə söz atıb narahat edənlərdən bezmisən? Sən başın içindəki beyinə həyata və insanlara heç cür fayda vermiyəcək düşüncələri yerləşdirən insanları görürsən?
Sən. Bəli, sən. Mən, biz, bu insanlar, bu cəmiyyət kameradayıq. Və o kameradakı kiçik pəncərədən bizi izləyirlər. O kemaradakı televizordan, sosial şəbəkələrdən, internetdən bizi asılı edib, öz düşüncələrini yedizdirirlər. Axı biz, sən, mən. Axı bizim, sənin, mənim öz fikirlərimiz? Axı biz də onlar kimiyik. Axı biz də düşünə bilirik. Niyə axı onların fikirləri? Niyə onlar? Onlar? Bəs biz? Sən, mən? Fikirlərimiz? İdeologiya?...Sakit ol. Rahatla. Dərin nəfəs al. Sən, mən, biz görürük. Əslində danışırıq. Bilirəm biz heç kor deyilik. Biz heç lal da deyilik. Və sən, mən, biz o kemaradan çıxanda sağlam cəmiyyət, sağlam ideologiya, sağlam fikir yaranması üçün çalışacıyıq. Çünki, sən, mən, biz kor deyilik. Heç lal da deyilik.
© V / 2017.
#Beşincikamera
#Qalaktikabook.
#wattpadazerbaijan.Qeyd: Sadəcə bu yazılıq adım "V" olaraq qeyd olundu.
YOU ARE READING
Qalaktika.
SpiritualDərində ağrıları olan, gecələri sonsuz kədərlə bürünənlərə ithafən. Qeyd: Kitabın cover-i (üz qapağı) Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.