İnqilab.

84 11 0
                                    

Baxışlarım ən təsirli üsyandır,
Halbuki, səssizdir, qışqırıq yoxdur.
Baxışlarımın altındakı qarada saxlıdır bütün üsyanlarımın səbəbi.
Şeirlərimə həkk edirəm etirazımı qeyd olaraq ki,
Baxışlarım bağlananda üsyanım davam etsin.
Bu elə bir etirazdır ki, bitmir,
Çünki, bu təkcə sənin deyil,
İçinə atdığın hər şeyin, hər kəsin üsyanıdır.
Ən məsuliyyətli işdir bəlkə də bu üsyana rəhbərlik etmək,
Çünki, cəmiyyətə qarşısan və cəmiyyətə qarışmısan.
Hər kəs anlamaz,
Hər kəs yanında olmaz,
Təklikdə boğularsan,
Susmaz için,
Dağılar beynin,
Siyah bir qutuya məhbus kimi,
Ən iyrənc işgəncə kimi,
Sonsuz sualların içində azmaq kimi ağrılıdır bu üsyan.
Silahı qələm olan,
Dostu dəftər olan,
İdeologiyası göylərdən gələn sətirlər olan bir etirazdır.
Gecələrin zəhər,
Düşüncələrin hədər,
Ürəyində bitməyən qəhər...

Hiss et bu ağrıları,
Unutma ki, sancıları,
Daha dərindən üsyan edəsən.
İntihara meyilli hislərim var,
Öldürücü gedişləri var insanların,
Geri dönüşü olmayan bir ölümü var Tanrının,
Hansı ki, "kaş görə biləydim" dedirdən...
Neçə dəfə ölmüsən bu üsyanda?
Bəs neçə dəfə sağ qalmağı bacarmısan?
Hər gün öldüyüm günlərin xatirinə yaşayıram mən hələdə,
Dostum, sən üzdən baxırsan hər şeyə...

©Ramin Səkkiz / 2017. #İnqilab.

Qalaktika.Where stories live. Discover now