Nə sevgi əvvəlkidi, nə də bu şəhər,
Nə mən mənəm, can, nə də bu qəhər,
Bitən deyil, bilirəm, açılsa da səhər,
Bir qəmli yarın üzüntüsü var ruhumda,
Payız gecəsi son kəz bizi gör yuxunda...Küsdü məndən xatirələr, bu şeirlər,
Hislərim uzaqlaşıb məndən gedirlər
Qələmin diyircəyində fırlanır "heyiflər" ,
Bir qəmli yarın üzüntüsü var ruhumda,
Payız gecəsi son kəz bizi gör yuxunda...İndi mən bu dörd divara məhbus,
Görürəm gecələr kabus, ürəyim tutub buz,
Həqiqəti yazan qələmin mürəkkəbi sonsuz
Bir qəmli yarın üzüntüsü var ruhumda,
Payız gecəsi son kəz bizi gör yuxunda.
Basdırıram bizi bu misraların hüzurunda,
Qəmli notlarla hüzünlü sətirlər sevgi qürubunda.© Ramin Səkkiz / Sevgi qürubu.
#qalaktikabook.
#wattpadazerbaijan.
YOU ARE READING
Qalaktika.
SpiritualDərində ağrıları olan, gecələri sonsuz kədərlə bürünənlərə ithafən. Qeyd: Kitabın cover-i (üz qapağı) Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.