Qaranlığın sonu.

60 8 1
                                    

Gözümün önündən keçir keçmişdən fraqmentlər,
Gələcək günlərimə xəyanət edirəm
Niyə insanların içində öz-özümlə söhbət edirəm?
Eh, yalnızlıq kədər masasındakı şərab,
Ən uzun gecədə səslənən həzin musiqi sədaları kimi ecazkar,
Və həyat adlı bu musiqili teatrda not xətasına yol verməz bəstəkar,
Çünki, hər şey bizim üçün ideal hazırlanan hədiyyə,
Bu möhtəşəmliyi görə bilmirsənsə beyin divarların hələ zəifdi məncə,
Bəlkə bir-iki kitab oxuyub, bu mükəmməlliyə şahid olasan sən də?
Dost, bir şeyi tənqid etməmiş araşdır,
Və oxuyaraq beynini biraz qırışdır.
Düş dərinə, qaranlığın dibin gör,
Sonra qələmi alıb əlinə vərəqə için tök.
Hər gün zəhrimar yağdıran üzlər,
Hər gün səhvlərə ilişən düzlər,
Hər günü boş keçirdən sizlər,
Deyin mənə axı öləndən sonra necə qoyacaqsınız bu dünyada izlər?...
Haqqını bil və haqqını qoru,
Qalaktika kədərin dibində qaranlığın sonu,
Və çata bilmisənsə sən də bu dərinliyə,
Ümid adlı dostunla qarşı dur təkliyə.

© Ramin Səkkiz / 2017.
#Qaranlığınsonu. #Qalaktikabook.
#wattpadazerbaijan

Qalaktika.Where stories live. Discover now