Sərin şeir.

115 13 4
                                    

Soyuq olar,
Üstünə yorğan ört hislərin soyumasın.
Soyuyub əllərin,
İsitmir gözlərin,
Əynini qalın geyin ürəyin soyumasın.

Şimal küləyi əsir indi aramızdan,
Dağılacaq saçların yenə,
Və bütün Bakı sənin ətrinə bürünəcək yenə.
Keçdiyim küçələrdən ayrılıq qoxusu gəlir,
Bakı, sanki tərk edilmişlərin kədər gəmisi.
Qırıq qəlblilər dünyasında rast gəlinməz sağlam ruha,
Kim deyir nəfəs almaq yaşamaqmış guya.
Bu gün özümü heç yaxşı hiss etmirəm,
Merkuri yönünü dəyişib yəqin,
Saturn halqalarına xəyanət edib,
Və Yupiterin böyüklüyü qalmayıb artıq,
Pluton kimiyəm lap bu gecə.
Sən gedəndən Ay da Yeri tərk etdi,
Qalaktika əsəbləşib,
Meteroid, asteroidlər göndərir Yerə.
Gedişin nəyin ki mənə,
Hətta kainata təsir etdi.
Dilənən altı yaşlı qızcığazın gözlərindəki parçalanmış ümidlər var gözlərimdə,
Gedişin ən qəmgin mahnıların təsirindən də betərdi.

Nə də olsa,
Soyuq olar,
Ruhuna bir şeir geyin gözəlliyin itməsin.
Soyuyub havalar,
Sərin olur axşamlar,
Düşüncənə bir şair geyin arzuların bitməsin.

(c) Ramin Səkkiz / 2017.
#Sərinşeir.
#Qalaktikabook.
#wattpadazerbaijan.

#wattpadazerbaijan

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Qalaktika.Where stories live. Discover now