Baxışları baxışlarına yaraşan bir qız düşün,
Saçlarında cənnəti tapdığın,
Gözlərində şeir sətri saxlı.
Səni gecəyə aşiq edəcək bir qız düşün,
Kədərin də sevincin də ən yaxşısın sənə yaşatdıracaq
Kədəri ruhunu deşəcək,
Və, sevinci göylərə aparacaq qədər
Sev onu,
Necə ki, içki bakalına aşiqsən
Necə ki, hər səhər siqarına aşiqsən.
Su - səthində illərin yorğunluğunu daşıyan bir müdrik,
Mən bu gecə intihara meyilli,
Boz şəhərin tozlu küçələrində ümidini itirmiş bir gənc,
Müharibənin düz ortasında yanına bomba düşən körpə,
Ölüm - səni həqiqətə aparan yol,
Yol - sonsuzmuş kimi görünən labirint,
Və sən,
Ey, qızıl saçlı, cənnət gözlü qız,
Sən - dərdlərə dərman bir musiqi,
Şeir sətri qədər mükəmməl,
Və, Tanrının bəxşişi.
Bir qoca danışar gəncliyini ruhuna,
Bir gənc həyatı anlar qəlbində sancılarla,
Bir uşaq həyat qapısına qol vurmağa çalışar məhəllədə topla,
Bir körpə dərdini hayqırar kainata qışqırıqlarla,
Bir qadının boyası axar ağlayarkən hıcqırıqlarla,
Bir adam dörd divara yumruq atar əlində qırıqlarla,
Bir şair gecəni yazar,
Şəhəri çəkər içinə,
Kədəri yazar
Qadını yazar,
Eşqi yazar,
Aldadılışı qatar müharibəyə,
Bir binanın damından sonsuz səmanı yazar
Həkk edər sətirlərinə özlüyünü,
Bu cəmiyyəti,
Yorular,
Ölmək istər, ölə bilməz
Çünki,
Can yoldaşı olub kədər ruhuma,
Gecə qaraya aşiq olan kimi,
Və, mənim səni sevdiyim kimi...(c) Ramin Səkkiz / 2017. #Yaşlıbirgənc.
#Qalaktikabook.
#wattpadazerbaijan.Cover by İyirmiüç.
YOU ARE READING
Qalaktika.
SpiritualDərində ağrıları olan, gecələri sonsuz kədərlə bürünənlərə ithafən. Qeyd: Kitabın cover-i (üz qapağı) Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.