Kədər qoxulu şəhər.

130 16 13
                                    

Bakının havası kədər qoxur,
İçərişəhərdə eşq yaşayıb,
Nizami küçəsində aldadıldıq.
Günəşlinin günəşi sönüb sən gedəndən,
Sən gedəndən xalqların dostluğu pozulub,
Və xəzər alıb içinə neftçilərini...

Gedişin elə pis təsir edib ki, buralara,
Hövsanın sahilində içir bir dost...
Kədər qoxur Bakı, sevgilim,
Mənim üst-başım kimi.

Sənin o qızılı saçlarını qısqanır keçdiyimiz Mehmandarov küçəsi,
Və Şıxlinskidəki xatirələrimiz yandırır canımı,
Bulvar da istəmir bizi,
Sənə sarıldığım küçə də küsüb məndən, sarışın...

"Gəlmə" dediyin məhləndə səni görüb sevinərdim,
O məşhur parkda ölərdim mən bəlkə də,
Cəsədimi basdırardılar hər şeyin başladığı binada...

Bu şəhərin sənli yerləri həyatdı mənə,
Tutunuram xatirələrə.
Gözlərini dik gözlərimə,
Qopaq bu dünyadan,
İtək bu süd yolunda, gülüm,
Gülmür üzüm, sən gülməyəndən...

Bakının havası kədər qoxur, bura sevənlərin nifrət dolu şəhəri,
Bura qara camaatın ağ şəhəri, bura gecənin xeyri, səhərin şəri...
Biz gecələrə aşiq,
Biz kədərə aşiq,
Və mən gözlərinə vurğun, gülüşünə aşiq...

Bu şəhər kimiyəm,
Zahirən məğrur, daxilən çökmüş...

(c) Ramin Səkkiz / 2017.
#Kədərqoxuluşəhər.
#Qalaktikabook.
#wattpadazerbaijan.

Cover by İyirmiüç.

Cover by İyirmiüç

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Qalaktika.Where stories live. Discover now