Keçmişimdən hədiyyə xarakterimdə travmalar,
Gözyaşlarıma şahid divarlar,
Bir gün onlar da ağlar və hayqırar üsyanı kainata,
Ya da yerindən oynar bir gün dağlar,
Insanlar necə də kiçik olduqlarını onda anlar.Bir ovuc ümid daşıyıram ruhumda, lakin,
Kədər bulaşıb üst başıma biraz,
Biraz da otağım sönükdü sanki Bakı kimi.
Bu şəhər ümidləri qasırğa tək özünəçəkən,
Insanları boğandır biraz,
Biraz da mərhəməti var mərmərin altda,
Yenə də gülüşləri saxta, sevgiləri saxta...
Bir nəfərin yoxluğu dar edər bir şəhəri insana,
Və çoxluq içində özünü tək hiss edərsən,
Sən də yox olmaq istərsən,
Boğazına düyümlənən ağrıdan qurtula bilmərsən, dost,
Hər aşiq yaşamışdır yaşadığını...Kədərin ən alisindən,
Bakının sənsizliyindən,
Əllərimdə əlsizliyindən yazarkən gecələr,
Bir günəş qondu pəncərəmə bir səhər
Tanrı demək istərdi sanki "gəl özünə,
Aç gözünü, bax günəşə,
Bir işıq göndərmişəm siyahına,
Sən yalvararkən al deyə məni yanına,
Mən çarə olaraq səhəri sundum qarşına,
Sən çarəni qarşıla,
Və bir ümid oldum intiharına zamanla"...◎ Ramin Səkkiz / 2017. #Birsəhər. #Qalaktikabook.
#wattpadazerbaijan.Cover by Iyirmiüç
YOU ARE READING
Qalaktika.
SpiritualDərində ağrıları olan, gecələri sonsuz kədərlə bürünənlərə ithafən. Qeyd: Kitabın cover-i (üz qapağı) Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.