Gecələrin bir adı var o da ki, həsrət,
Nə vaxt bitəcək bu içimdəki "mən"i tapmaq istəyi.
Hər dəfə sən qoxan küçələrdən keçirəm,
Ölürəm, sən qoxan küçələrdə səni görürəm, sevgili,
Görəsən nə vaxt bitəcək bu sənə sarılmaq istəyim.
Xatirələri cırıb atmaqmı? Güldürmə məni,
Başqasına gedərkən sənə deyərdim "öldürmə məni",
Lakin, özümdən onsuzda uzaqlaşmışam biraz,
Bu aralar yaşım artsa da uşaqlaşmışam biraz.
Artıq daha da dərindən deyilir kədərli nidalar,
Səsin sən olmadığın halda qulağımda əks-sədalanır,
Bilirəm, sənin də gözlərin ağlıyır,
Necə ki, mənim də sözlərim ağrıyır,
Heca yaşı tökür vərəqlərə,
Artıq sənə deyə bilmirəm "yığ saçlarını, gəl mənə".
Unut bir gecəlik olanları, gəl rəqs edək,
Elə rəqs edək ki, gecəni məst edək,
Ya da ki son dəfə əl-ələ verib bir dəfəlik qəsd edək özümüzə,
Necə ki, "biz"ə etdik bunu...
... bu şəhərin bir adı var o da ki, sənsizlik,
Bu şeir içimdəki "mən"ə xəyanət
Bilirəm, heç asan deyil sənə də mənsizlik,
Yaxşılar üçün olmuyub heç vaxt ədalət.© Ramin Səkkiz / 2017.
#Sənqoxanşeir.
#Qalaktikabook.
#wattpadazerbaijan.
YOU ARE READING
Qalaktika.
SpiritualDərində ağrıları olan, gecələri sonsuz kədərlə bürünənlərə ithafən. Qeyd: Kitabın cover-i (üz qapağı) Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.