Xatirə dəftəridir bu şəhər,
Köhnə sevgilər,
Gülüşləri belə köhnə olan şəhərdir.
Qulağımda radio xışıltısı tək səslər,
Ruhumu deşən kədər nirvana,
Və arzular eyforiya,
Yəni sən.
Rəqs edək, madam,
Unudaq keçmişi,
Dünəni və sabahı.
Sevişsin hislərimiz,
Bizim sevgimiz hər şeydən təmiz.
Bəzən gülməkdən ağlarsan,
Lakin, bəzən də ölməkdən ağlarsan,
Dost, gözyaşları sözə baxmayandır.
Sənə də hər şey qəliz gəlmirmi?
Məsələn, elə bu şeir kimi.
Şeirmi? Bu heç şeir də deyil,
Hislərimin vərəqdə təzahürüdür.
Mən sanki sözlər aləmində bir sənətkar,
Və cümlələr də əsərimdir.
Sənə də hər şey asan gəlmirmi?
Məsələn, elə bu həyat kimi.
Absurddur bilirəm,
Xülyadır arzular,
Kinayə qoxur "guya"lar.
Yağışdan sonrakı torpaq qoxusu,
Yeni kitab qoxusu,
Körpə qoxusu,
Sevginin qoxusu necə də cənnətvaridir.
Tərs olsun bu gecə hər şey,
Güləcəm sənsizliyə,
Əylənəcəm sənsizlikdə,
Ağrılar olmuyacaq ürəyimdə,
Görürsən? Necə də tərsdir bir-birinə...İşıqda qaranlığı görənlərə ithafən.
(c) Ramin Səkkiz / 2017.
#Hislərimintəzahürü.
#Qalaktikabook.
#wattpadazerbaijan.
YOU ARE READING
Qalaktika.
SpiritualDərində ağrıları olan, gecələri sonsuz kədərlə bürünənlərə ithafən. Qeyd: Kitabın cover-i (üz qapağı) Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.