FİNAL:part 2/1

53 8 2
                                    

Artıq uzun müddət idi ki,psixoloji dəstək alırdım.Psixoloqum gülərüz və yaxşı bir insan idi.Uzun sarı saçları,yaşıl iri gözləri və qəmzələri insanı cəzb edirdi.Onunla söhbət etdikcə rahatlaşır gözəl vaxt keçirirdim.Mənim zarafatcıl və humanist biri olduğumu deyirdi.Onunla bir çox mövzu haqqında söhbət etsək də əsas məsələ olan və yalnız mənim bildiyim bir mövzunu danışmamışdım.Bu mövzu insanlara əziyət edərək öldürmə istəyimin olması idi.Əslində insanları səbəbsiz yerə öldürmürdüm ya da mən belə fikirləşirəm.Bu haqda dəfələrlə danışmaq istəyirdim lakin zaman keçdikcə bir-birimizə qarşı dərin hisslər bəsləməyə başlayırdıq.Əgər danışsaydım aramızda olan bu münasibəti bitirə bilərdim.Lakin psixologiyamın düzəlməsi və normal həyat yaşamağım üçün onun müayinəsinə ehtiyacım var idi.Hər zamankı kimi səhər saat 9-da onun ofisinə gəldim,həmişəki yerimdə uzanaraq söhbətə başladıq və bütün cəsarətimi yığaraq bura əslində nə üçün gəldiyimi ona açıqladım.İndiyənə qədər etdiyim bütün pis əməllərimi onunla bölüşdüm və necə düzələcəyimi soruşdum.Əvvəlcə təəcübləndi bunları mənim edə biləcəyimə inanmadı ancaq mən ona danışdıqca daha da inandırıcı gəlməyə başladı.Biraz qorxmuşdu.Ən azından cinayətlə bağlı psixoloji problemi olan sevgilisinin olduğunu öyrəndi.Ona uşaqlıq dostumu necə öldürdüyümü,əziyətdən it kimi aciz qoyduqlarımı,gözlərini oyduğum insanlar haqqında danışdım.Mən danışdıqca o,narahat olurdu.Uşaqlığım haqqında soruçdu.Mən isə anamın məni 13 yaşımda atıb getməsindən atamın isə qoşulduğu bir illeqal qruplaşma tərəfindən güllələnib sonra isə gözümün qabağında yandırıldığını dedim.Onun gözləri dolmağa başladı bəlkə də mənə yazığı gəlmişdi.Məndən indiyənə qədər necə olub ki, heçkəsin xəbəri olmadığı haqda soruçdu.Mən isə izimi itirmək üçün qurbanları ya basdırır ya da yandırdığımı dedim.Bir saatlıq seans bitdikdən sonra evə qayıtdım.Otağıma keçib düşündüm."Görəsən mən hər şeyi deməkdə düzgünmü etdim?" Deyə özümə sual verdim.Bu vaxt zəng gəldi.Bu o,idi.Mənə problemimin mənbəyini,məni narahat edən hissin vicdan əzabı olduğunu bildirdi.Əgər təmiz bir başlanğıc yaşamaq istəyirəmsə polisə təslim olmalı idim ya da özümü öldürərək bütün problemlərdən qurtulmalı olduğumu dedi..Özümü öldürmək biraz axmaqca idi polisə təslim olmaq isə daha da axmaqca gəlirdi.Təəcübləndiyim məsələ isə məni yəni sevdiyi birisini necə ölümə məhkum edə bilirdi.İki gündən sonra məni evinə dəvət etdi.İlk dəfə idi ki,onun evinə gedirdim.Zəngi çaldım..Qapını açdı və içəri daxil oldum.Biraz kofe içib film izlədik.Bir müddət sonra gözlərim axmağa başladı və başım hərlənərək yerə yıxıldım.Gözümü açdıqda özümü zəif işıqlı bir otaqda olduğumu gördüm.Əllərim və ayaqlarım bərk şəkildə bağlanmışdı.Qarşımda isə o,vardı və yarıçılpaq vəziyətdə oturmuşdu.Nə baş verdiyini anlamadım.Əlində bir ülgüc var idi və biləyini kəsməyə başladı.Qan barmaqlarının üzərindən süzülərək yerə damcılayırdı.Sonra gülümsəyərək üzümə baxdı.Özünün mazoşist biri olduğunu mənim kimi əziyətdən zövq aldığını ancaq tək fərqimizin mən insanlara o,isə özünə işkəncə verdiyini dedi.Həmin an psixoloji problemləri olan bir psixoloqun qarşımda olduğunu anladım və məni nələrin gözləyəcəyini təxmin edə bilmirdim.............

..Beynimin qətliWhere stories live. Discover now