Onun yaşıl gözləri məni cəlb edirdi.Hər zaman rəngli bir gözümün olmasını istəmişdim.Stolda bağlı olaraq oturub mənə acizcəsinə baxdıqda bir daha düşündüm ki,onun yerində olmaq istəməzdim.Ocaqda qızması üçün qaşığı hazırladım.Təxminən 13 dəqiqəyə qaşıq qıpqırmızı olmuşdu.Bu işkəncə üçün səbirsizlənirdim.Ona tərəf atdığım hər addımda o,daha da çox çığırırdı.Uzun sarı saçlarını əlimlə qavrayaraq başını arxaya yatızdırdım.Qaşığı göz bəbəklərinə toxundurmalı idim ancaq gözünü yumurdu.Bunun üçün köhnə və paslı bir cərrah qayçısı ilə göz qapaqlarını kəsdim beləliklə işimə davam edə bilərdim.Qızğın qaşığı səbirsizliklə gözünə toxundurduqda cızırtı səsi gəldi və bu səs məni valeh edirdi.Qaşığı daha da çox gözünə sıxdıqda daha çox cızırtı və çığırtılar gəlirdi.Artıq sonlandırmalı idim çünki axşam yeməyimin vaxtı gəlmişdi və evə getməli idim.Son olaraq qaşığın ucu ilə onun gözlərini oydum.Gözlərindən yerə qan şəlaləsi axırdı.Kəndirləri açdım və bu ağrılarına son vermək üçün onu öldürüb getməliyəm lakin gözəl bir işkəncəni təmiz əllərlə sonlandırmaq lazımdır.Əlimi yuyub qayıtdıqda onun ortalıqda olmadığını gördüm.Pəncərədən aşağı baxdığımda isə onun parçalanmış bədənini və ətrafına yığılmış insanları gördüm.Ona mən son verməli idim heyif.Amma içim rahatdır bir artıq daha azaldı.Rahatcasına gedib yeməyimi yeyə bilərəm....Çox acam..