Ayıbdır söylemesi

488 69 129
                                    

 Dur, kapatma!   Diğer şiirler Türkiye Türkçesinde yazılmıştır.Sayfayı çevir................:)))

Şiirler hiçbir şekilde alıntı değildir.                                               

   BU ŞİİR AZERBAYCAN TÜRKÇESİNDE YAZILMIŞTIR..Ə harfinin karşılığı türk alfabesinde  E'dir...teşekkürler....

Yaman insansızlaşıb küçələr.
Yollarda insanlar vardı
Səhər işə tələsən  axşam evə tələsən .....
Küçələr səs küylüydü
uşaq səsi ,böyük səsi,
yolu yalnış geçti diye  fit şalan polis səsi.
Qışqırıb malın satan adamların alış veriş səsi.
Küçələrdə həyat vardı.
Anaların əlindən bərk bərk yapışan
məktəbə gedən uşaqlar.
Bəzən getmək istəməyib qaçmağa çalışan balacalar,
Əlləri ərzaq dolu bazar çantalı analar ,atalar,
Parklarda nərd oynayan yaşlılar, qocalar.
Məhlədə uşaq səsi,top səsi,
Bəzən də qırılan şüşələrin şarap şap səsi.
Pəncərədən süzülən layla səsi.
Şəhərdə həyat vardı.....
Yenə dur çıx küçəyə ,həyatı dinləməkçin
Yürüyən insanları,yeriyən insanları
Avtobusa ,metroya girişən insanları
Əlində uşaqları, məktəbinə tələsən
Dolu bazar çantalı evlərinə yol gedən
O gözəl insanları, sən yenə görəcəksən.
Bu dəfə daha fərqli, bir başka görəcəksən.
Sən küçədə yürüyən telefonlar ,
Söhbət edən tabletlər ,
qaçan qulaqlıqlar görəcəksən
Əlindəki  telefonla asta -asta yol keçib,
Sürücüyə özünü söydürən qadınlar,  kişilər görəcəksən..
Küçələr artıq səssiz, tində söhbət edənlər yenə tində durublar.
Ancaq bu dəfə onlar birbirləriylə deyil
telefonla danışırlar.
indi artıq uşaqlar  məhlədə çığır bağır    qaçib oynamayırlar,
evde masa başında düymələrlə oynayır. Artıq topu onlar ayaqlarıyla deyil ,
mauslarla vururlar.
Analar daha işdən evə yeni gələnə gözəl yemək  bişirməz
Şamı sandviç, pizza, lahmacun, yumurtayla keçirər
Artıq yoxdu zamanı layla belə çalmağa ,
Telefon vacib idi   watsappla danışmağa.
Megabayt, wifi, kontur almağa çox para gərək idi....
Evdə çörək var ya yox ,
Uşaq evdə ac ya tox.
Almasan dərsə getməz,
Almasan küsər səndən .
Evində xanım sənə xörək belə bişirməz.
Küşələrdə artıq yürüyən telefonlar ,
Yürüyən qulaqlıqlar .
Nə parklarda nərd oynayan dədələr
Nə nəvəsin əlindən tutub parkda gəzdirən  qoca yaşlı nənələr,təqaüdçü babalar .....
İndi hər şey telefon, her şey internet olmuş
Hər kəs belə yaşayır ,olmaz elə beləsi Texnologiya əsridir
Ayıbdır söyləməsi.





Şiir türlü.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin