Ağlamak istəyirəm,
Göz yaşım səhifələrdə
Dağılmış vərəqlərə
Söz içinde.Ağlamaq istəyirəm,
Sözler silaha dönür
Üreyime saplanır.
Qələm elə yandırır
Ellerim köz içinde.Ağlamaq istəyirəm
İçin için hıçqırıb,
İllərdi daşıdığım
Hisləri öz içimdə
Mən boğmaq istəmirəm.Ağlamaq istəyirəm,
Qoy o qara mürəkkəb
Gəzsin bəyaz vərəqdə.
Üzərinə tökülən
Acımtıraq göz yaşı
Buluşsun səhifələrdə.
Görmədiyin dərdlərim
Qarışsın birbirinə.Nəyin nə olduğunu
Gözüm seçə bilməsə,
Bəlkə yox olur gedər.
Guruttuğum gül kimi.
Kitabın arasında
Gizlədiyim gün kimi.
İçimə atıb atıb
Unutduğum dün kimi.
Bəlkə bir gün bir yerdən
çıxıb yenə qəlbimə
dəyən ox ola bilər.Qoy olsun, mən yenə də
Ağlamaq istəyirəm.
Bunları bilə bilə
Göz yaşıma boğulub
Bağırmaq istəyirəm.
Yaşadığım acını
unutmaq istəmirəm.Acımın acısını
Bu yaralı köksümdə
Boğmaq da istəmirəm.
Yaşamaq istəyirəm!
İstəyəndə ağlayıb,
İstəyəndə gülərək,
Sevinci gülüşümlə
Uşaq tək bələyərək.
Qəmimi göz yaşımla
Ürəyimdən silərək,
Yaşamaq istəyirəm!