İsti bir yay günüdür otağımda uzanmışam. Çox da geniş olmayan otaq da çarpayım, kitab rəfim, şkaf, və vintelyatorum var.Bu yay Bakıda çox isti keçir. Bir də boş kitablar vardır mənim heç sevmədiyim. Necə milyonçu olmaq olar və s. Bu kitab dahada mənasız gələ bilər sizə həyatımızı bu günlərdə bloggerlər işğal edib öz həyatımızı doyunca yaşamaqdan çox kimlərin gün ərzində nə etdiyini harda olduğunu izləyirik. Bu kitabda o formadadır yazılarıma kəpənək effektini araşdırdıqdan sonra bir düzəliş verdim və bu formada yazmağa çalışdım ki, oxucunu cəlb edim. Lakin mən bundan bir mənfəət güdmürəm siz bu kitabı oxuyursunuzsa bunu sizə ya mən vermişəm ya da kəpənək effektində ki, kimi nələr isə səbəb olub . Çox uzatmayım .
Adımı deməyəcəm siz məni "Skar" olaraq tanısanız daha yaxşıdır. Durduq yerə səbəbsiz olaraq kitab yazmağı düşünməmişəm əslində bu fikir 3il qabaqdan var. Səbəbini özümdə yaxşı anlamamışam hər halda Baş qəhrəmanımın bu acınacaqlı hekayəsi mənə təsir edib. Onu mən çox yaxşı tanıyıram sizlərədə tanıtdıracağam. Qəhrəmanımı Bahar adlandırmağımın bir səbəbi var əslində ama gəlin bu hissəni keçək. Bahar 1938-ci ilin Dekabrında Bakıda anadan olub. Ailənin böyük qızı idi. Atası o zamanlar "Tarqoviy-Center"də (hazır ki, Nizami küç.) kiçik bir dükanı vardı orada ipək və digər parçalar satırdı.O zamanlar gəlirləri çox yaxşı olan ailə Kubinkada Kömürçü meydanına yaxın yerdə böyük bir evdə yaşayırdılar.Əslən Bakının Nardaran Kəndindən idilər ama anası Şüvəlanlı idi. Baharın atasının başqa iki Arvadı daha vardı. Bakıda o zamanlar bu cür ailələr çox saylı idi. Anası uşaq ikən yetim qalmışdı ona Bibisi baxmış yetkinlik yaşına çatmamış hələ 15 yaşı varkən o da dünyasını dəyişmişdi. Sonra isə o zamanlar Məhşur nəsil olan "Aşurbəyovlar" anasını himayə etmişdir. O həm ev işlərini görür həmdə Ərəb dilini öyrənməyə çalışırdı. Amma anası biraz Cahil birisi olmuşdur doğru düzgün adını yazıb oxuya bilməsədə çox gözəl yeməklər bişirər, şorabalar bağlıyardı. Artıq 16 yaşına gəldikdə digər qızlar kimi oda Ərə gedəcək yaşa gəlmişdi. Onu şikəst birazda avam olan bir kişiyə ərə verirlər. Həmin kişi həmdə Kəl imiş başında uşaqlıqdan tük yoxuydu. Əslində bu kişinin Ailəsi imkanlı zadəgan bir ailədir. Kişinin doğma qardaşı Hündürboy, enlikürəkli, qaşqabaqlı yaraşıqlı birisi idi. Bu kişi isə xəstə doğulmuşdu. Evləndiklərindən sonra həmin bu kişidən iki qız uşağı olmuşdur. Uşaqlardan böyüyü normal görkəmli sağlam olsada balaca qız atası kimi keçəl doğulmuşdu. Baharın anası heç bir zaman xoşbəxt olmurdu çünki ərinə nifrət edirdi. Bəlkədə onun gözü ərinin qardaşında idi axı kim istəməz?!
Üzərindən biraz keçdikdən sonra bu kişidə dünyasını dəyişir (səbəbini nə qədər axtarmağa çalışsam da tapa bilmədim) . Baharın anası dul qalır, Tanrı bu qızcığazın üzünə heç bir zaman gülmürdü. O zamanlar Bakı kəndlərində olan bəzi adət-ənənələr mövcud idi və buna uyğun o Ərinin qardaşıyla evləndi. Həmin bu qardaş Əslində elə Baharın atası idi. Üzərindən illər keçdikdən sonra bu ikisinin ilk uşaqları Bahar dünyaya göz açır üzərindən iki il keçdikdən sonra Bacısı Mədinə sonra isə ardıcıl 3 qardaşı Zamin,Həmid,Nazim dünyaya göz açdılar. Mədinə doğulduqda 1940-cı il idi hər şey normal irəliləyirdi ailə xoşbəxt yaşayırdı.
YOU ARE READING
Mono (tək)
SpiritualYazarı gizli olan bu hekayə həqiqətə dayanılaraq yazılmışdır hekayədə qəhrəmanların adları dəyişdirilib. Baş qəhraman Bahar adlı qadının həyatı mövzu olaraq seçilən bu hekayə real hadisələrə əsaslanır. Müəllif kimliyini bilmədiyimiz əsərin yazıçısı...